!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistanda Vardanyanı birbaşa Putinin adamı hesab edirlər və ona münasibətdə...” – ŞƏRH

!Reklam – Yazi

“İrəvanda və Xankəndidə iş adamının bütün hallarda pozuculuq fəaliyyəti üçün Qarabağa gəldiyi düşünülür”.

Bu fikirləri Rusiyadan Qarabağa göndərilmiş iş adamı Ruben Vardanyanın Ermənistanda və Xankəndidə ona qarşı münasibətin yaxşı olmadığı haqda fikirlərinə münasibət bildirən Erməni Araşdırma Mərkəzinin rəhbəri professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Professorun sözlərinə görə, Qarabağ erməniləri belə düşünürlər ki, Vardanyan onların hüquqlarının qorunmasında heç bir rol oynamayacaq və Bakı ilə münasibətləri daha da gərginləşdirəcək:

“Əslində, Vardanyan müsahibəsində bildirdiyi kimi istər Ermənistanda, istərsə də Qarabağdakı separatçılar arasında ona qarşı əks münasibət formalaşıb. Separatçılar Vardanyanı ona görə istəmirlər ki, oradakı rejim onun gəlişindən sonra hakimiyyəti tamamilə öz əlinə alacağından və mövqelələrini arzuedilməz qaydada möhkəmləndirəcəyindən ehtiyatlanır.

Vardanyanın separatçı rejimdə tutduğu qondarma vəzifə “dövlət naziri” adlansa da, o faktik olaraq “Baş nazir” funksiyalarını yerinə yetirir və səlahiyyət sahələri xeyli genişdir. Bu isə oradakı rejimin əsas fiqurlarının maraqlarına uyğun deyil.

Eyni zamanda Qarabağ erməniləri belə düşünürlər ki, Vardanyan onların hüquqlarının qorunmasında heç bir rol oynamayacaq və Bakı ilə münasibətləri daha da gərginləşdirəcək.

Həmçinin mediada belə yazılar da dərc olunur ki, Vardanyan Ermənistanla Qarabağ erməniləri arasında düşmənçilik toxumları səpmək üçün göndərilib və İrəvanın Xankəndi üzərində təsirini aradan qaldırmağa, əvəzində Moskvanın təsirini artırmağa çalışacaq.

Digər tərəfdən, yanaşmalardan biri də budur ki, Rusiyanın regiondakı maraqları yalnız kommunikasiya xətlərinə nəzarətlə deyil, Qarabağın təbii sərvətləri ilə də bağlıdır. Vardanyan da iş adamı olaraq, məhz bu maraqların təmin edilməsi üçün Qarabağa gəlib.

Yəni açıq şəkildə bildirilir ki, Vardanyan birbaşa Putinin adamıdır və onun tapşırıqları üzrə hərəkət edir. Ona görə də Ermənistanda Vardanyana münasibət qeyd etdiyim bu amillər əsasında formalaşıb. İrəvanda və Xankəndidə iş adamının bütün hallarda pozuculuq fəaliyyəti üçün Qarabağa gəldiyi düşünülür”.

A.Zeynalov

www.yenicag.az

461
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv