Ermənistan parlamenti istefa vermiş Serj Sarkisyanın yerinə yeni baş nazir seçəcək.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Sarkisyanın baş nazir postundan istefa verməsi etiraz dalğasını sakitləşdirməyib. Xalq iqtidarda olan respublilaçıları devirmək istəyir. Belə bir məqamda yeni baş nazirin 1 may tarixində seçiləcəyi elan olunub.
Qeyd edək ki, müxalifətin növbəti təyinata da etiraz edəcəyi gözlənilir.