!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda yeni qurulacaq hökumətin tərkibi AÇIQLANDI - SİYAHI

!Reklam – Yazi

Ermənilər yeni qurulacaq hökumətin tərkibini tərtib ediblər. 

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, siyahını Lori vilayətinin Sarçapet icmasının keçmiş rəhbəri Arqam Poqosyan hazırlayıb.

O bildirib ki, “dövlətçiliyi tamamilə itirməmək” üçün ayıq olmaq lazımdır və “yeni dünya nizamına uyğun olaraq ayılmaq və hökuməti yenidən qurmaq” lazımdır.

“Mən peşəkar siyasətçi deyiləm, heç bir partiyanın üzvü də deyiləm. Yeganə marağım və narahatlığım dövlətimin təhlükəsizliyi və mövcudluğu ilə bağlıdır. Övladlarımın vətəninin gələcəyi məni narahat edir.

Ermənistan vətəndaşı olaraq dövləti formasında yeni hökumətin başında bu şəxsləri görmək istəyirəm”, – Poqosyan qeyd edib.

Daha sonra o, siyahını təqdim edib. Siyahıda Ermənistanın baş naziri Robert Koçaryandır.

Xarici işlər naziri Arpine Ovvanisyan, müdafiə naziri Qriqori Xaçaturov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Seyran Ohanyan, Milli Təhlükəsizlik Naziri Qarnik İsaqulyan qeyd olunub.

Bir sözlə, yeni tərkibdə tanınmış erməni müxalifətçilərin əksəriyyəti yer alıb.

Siyahıda Paşinyanın nə özünün, nə də partiyasının üzvlərinin adı var.

Xuraman Etibarlı

 

www.yenicag.az

209
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv