!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistandakı bu vəziyyət Paşinyan hökumətini çətin duruma salıb” - ŞƏRH

!Reklam – Yazi

“Siyasi təcrübənin olmaması, idarəçilik səriştəsinin az olması Paşinyan komandasını çıxılmaz durumlara salır. Bunların heç biri gözdən qaçılası məqamlar deyil”.

Bunu Ermənistanın Böyük Britaniyada keçirilən beynəlxalq iclasda Azərbaycanı təcavüzkarlıqda ittiham etməsinə münasibət bildirən politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Ermənistan birmənalı olaraq hər zaman qeyri-konstruktiv mövqe sərgiləyib:

“Bunun isə bir neçə səbəbi var. İlk öncə, Azərbaycandan fərqli olaraq Ermənistanın üzərində çox ciddi təzyiqlərin olduğunu qeyd etmək lazımdır. Həmin təzyiqedici qüvvələrə İran, Ruisya və Fransanı misal göstərmək olar. Müxtəlif güclərin təzyiqi ilə Ermənistanın Baş naziri Nikol Paşinyan komandası yekdil qərarlar qəbul edə bilmir.

Müxtəlif platformalarda Bakı ilə İrəvan arasında keçirilən görüşlərdə irəliləyiş əldə olundu və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Lakin Böyük Britaniyada keçirilən beynəlxalq iclasda Ermənistanın bəzi rəsmilərinin Azərbaycanı təcavüzkarlıqda itthiam etməsi müşahidə olunur. Bu cür ikiüzlü və məntiqsiz siyasət hazırda Ermənistanı çıxılmaz vəziyyətə salıb.

Ermənistanda ikibaşlı siyasətin əsas səbəbi dövlətin bir istiqamət üzrə siyasət formalaşdıra bilməməsidir. Nəticə etibarilə Ermənistan dövləti hazırda həm daxildən, həm də xaricdən hərtərəfli təzyiq altındadır. Siyasi təcrübənin olmaması, idarəçilik səriştəsinin az olması Paşinyan komandasını çıxılmaz durumlara salır. Bunların heç biri gözdən qaçılası məqamlar deyil”.

Nəsimi Əlsəgərli

www.yenicag.az

922
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv