!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistandakı ÇEVRİLİŞ CƏHDİ: "Paşinyanı devirmək üçün iki yol qalıb" - Politoloq

!Reklam – Yazi

“Rusiya istəyir ki, Paşinyan müxalifət mitinqlərində sərt güc tətbiq etsin. Hətta ölüm halları olsa, Rusiya üçün göydəndüşmə olar”.

Bu sözləri Ermənistanda baş verən prosesləri şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, Rusiya ağalığını sübut etmək üçün müxalif düşərgəni Paşinyanın üstünə qaldırır:

“Ermənistanda iki proses paralel gedir. Bir proses Azərbaycan-Ermənistan sülh danışıqlarıdır. Bəzən addım-addım gedir, bəzən geri çəkilirlər. Bütövlükdə mənzərəyə baxanda deyə bilərik ki, danışıqlar mütəmadi irəliyə gedir. Delimitasiya komissiyası işinə başlayıb. Yolların açılması və sülh sazişi üzərində işin başlaması ilə bağlı qərarlar var. Ləng gedir, çətin gedir, əsas odur, gedir. Ancaq bunu istəməyən qüvvələr var. Bunu istəməyən qüvvələrin başında Rusiya gəlir. Rusiya münaqişə sayəsində tərəfləri idarə edə bilir. Rusiya görəndə ki, Paşinyan cızığından çıxır, Avropa İttifaqı vasitəçiliyi ilə Azərbaycanla razılığa gəlmək istəyir, onda müxalifəti Paşinyanın üstünə qaldırır. Ermənistan müxalifətinin gücü və əhali arasında hörməti yoxdur.

Müxalifət çalışır, Paşinyanı devirsin, Paşinyan istəyir, Azərbaycanla barışsın, ardınca isə Türkiyə ilə razılaşsın. Türkiyə ilə barışıq daha asan olacaq. Çünki orada sərhəd problemi yoxdur. Tərəflər hazırdır, ancaq Türkiyə şərt qoyub ki, Azərbaycanla Ermənistan arasında münasibətlər yoluna qoyulandan sonra münasibətləri normallaşdıra bilərik. Müxalifət bunların qarşısını almaq üçün çalışır, qarşıdurmanın dərəcəsini artırsın, kəskinləşdirsin. Faktiki olaraq parlamentə hücum dövlət çevrilişinə cəhddir.

Robert Köçəryana Paşinyanı devirmək üçün iki yol qalıb. Ya hərbi çevriliş etməlidir, ya da terror. Köçəryan terror aktı törətməkdə böyük ustadır. Hakimiyyətə terror aktı ilə gəlmişdi, Sərkisyanı da terror aktı ilə seçdirmişdi”.

Səxavət Məmməd

www.yenicag.az

771
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv