!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistandakı etirazlarda RÜŞVƏT: Aksiyalara hansı qüvvələr dəstək verir? – VİDEO

!Reklam – Yazi

Ermənistan İstintaq Komitəsi 29 yaşlı vətəndaşa qarşı “Vətən naminə Tavuş” qisasçı hərəkatı aksiyalarında iştirak etmək üçün insanlara rüşvət vermək ittihamı ilə iş açıb. Erməni mediasında dərc olunan bu xəbərdən belə nəticəyə gəlmək olar ki, keşiş Baqratın təşkil etdiyi aksiyalara hansısa qüvvələr dəstək verir.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib ki, mitinqlərin gedişatına baxdıqda proseslərdə tək bir keşişin əlinin olmadığı aydın görünürdü:

“Aksiyaları keşiş Baqrat təkbaşına təşkil edə bilməzdi. Çünki bu kimi işlərdə maliyyə və texniki dəstək mütləqdir. Onun arxasında radikal qüvvələr, Qarabağ klanı, daşnaklar, xaricdəki erməni diasporu, Rusiya və İrandakı müəyyən mərkəzlər dayana bilərlər”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli
Samir Məcidov

www.yenicag.az

311
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv