!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistandakı hadisələrin MÜMKÜN SONLUĞU: "Müxalifət Paşinyanı devirmək üçün onu ancaq öldürə bilər" - ŞƏRH

!Reklam – Yazi

“Ermənistan müxalifətinin budəfəki fəallığı Rusiyanın göstərişi ilədir”.

Bunu Ermənistanda baş verən iğtişaşlar və hadisələrin sülh prosesinə təsiri məsələsini şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın qanuni yolla devrilməsi ehtimal edilmir:

“Erməni müxalifəti Paşinyanı devirmək üçün onu yalnız öldürə bilərlər. Siyasi üsullarla, seçki yolu ilə Paşinyanı devirmək mümkün deyil. Son parlament seçkilərinin nəticəsi göstərdi ki, seçicilərin 54 faizi Paşinyana səs verib. Parlamentdə də 75 faizlik üstünlüyü var. Onu qanuni yolla devirmək mümkün deyil.

Bundan əlavə, erməni müxalifətinin əli boşdur. Başı boşdur demirəm, çünki hiyləgərdilər, siyasi manevrlər etməyi bacarırlar. Ancaq onların əlləri boşdur. Xalqa təqdim edə biləcəkləri heç bir proqramları yoxdur. Əslində, erməni müxalifətinin gələcəyi suisiddir.

Erməni müxalifəti Paşinyanın seçki texnologiyasını təqlid edir, ancaq onları dəstəkləyən kütlə yoxdur. Doğrudur, budəfəki mitinqlərdə küçələrə çıxanların sayı çoxdur, lakin, əslində, xalqın əksəriyyəti Paşinyanı dəstəkləyir.

Xalqa deyirlər ki, sizi xilas edəcəyik. Xalq da sual verir ki, necə? Türkiyə ilə Azərbaycana qarşı qətiyyətli mövqe tutmağı önə sürə bilərlər. Azərbaycan və Türkiyəyə qarşı daha qətiyyətli mövqe tutacaqsan, daha ağır qapaz alacaqsan. Bunu xalq anlayır. Buna gedənlər erməni xalqının düşmənləridir. Onlar tamahkar, xalqını düşünməyən, xalqına olmazın bəlalarını gətirmiş bir zümrədir. Onların axırı yoxdur. Onlar hakimiyyətə gəlsələr, Ermənistan daha sürətlə məhvə gedəcək. Onların göstərdiyi yolda Ermənistanın gələcəyi yoxdur”.

Səxavət Məmməd

www.yenicag.az

399
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv