!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistandakı İĞTİŞAŞLAR: "Moskva ölkədə hakimiyyəti dəyişmək istəyir" - Sabiq dövlət müşaviri

!Reklam – Yazi

“ABŞ-nin dəstəyindən sonra Paşinyan hakimiyyəti “Qarabağ klanı”na göz açmağa imkan verməyəcək”.

Bunu Ermənistanda baş verən hadisələr, revanşist qüvvələrin sülhə qarşı çıxması və iğtişaşların mümkün nəticələrini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Ermənistanda baş verənlər Rusiyanın ssenarisidir:

“Ermənistanda vəziyyət ağırdır. Bu vəziyyəti ağırlaşdıran əsl səbəb də Rusiyanın revanşistlərə əl altından pul verməsidir. Ermənilər heç vaxt bu qədər cəsarətli olmamışdılar. Sifarişlər Moskvadan gəlir. Moskva ölkədə vəziyyəti qarışdırmaq və hakimiyyəti dəyişmək istəyir. Artıq ABŞ prosesləri nəzarət altına alıb. Ermənistanın XİN rəhbəri Mirzoyan Vaşinqtona çağrılıb. Azərbaycanla sülh yaratma prosesi ciddi müzakirə edilib. Nəticələrinin nə olacağını yaxın günlərdə görəcəyik.

ABŞ-nin planı Rusiyanı Cənubi Qafqazdan çıxarmaqdır, destruktiv rolunu aradan qaldırmaqdır. Zənnimcə, bu istiqamətdə iş gedir. Nikol Paşinyan da prosesə razıdır. Son iki gündə Nikol hakimiyyəti revanşistlərin üzərinə daha cəsarətlə gedirlər, daha çox adamları həbsə atırlar. Həbsə atılanlar arasında sabiq prezident Robert Köçəryanın oğlu Levon Köçəryan da var. Hakimiyyət ABŞ-nin dəstəyindən sonra özünü daha cəsarətli hiss etməyə başlayıb. Güman edirəm ki, proses axıra qədər belə davam edəcək”.

Səxavət Məmməd

www.yenicag.az

1089
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv