Reklam

Reklam

Rusiya sərhədçilərinin özünüidarəçiliyi Ermənistanda yeni qalmaqala səbəb olub.

Yenicag.ru-nun məlumatına görə, Ermənistanda radikal qüvvələr işğalçı ölkənin asılı olduğu Rusiya sərhədçilərinin ölkədən çıxarılmasını tələb edirlər. Belə ki, sözügedən sərhədçilər Ermənistan hökumətinə dövlətlərarası İrəvan-Gorus-Meğri magistral yolunun İran sərhədinə çatan ərazisində cəmi 40 metrlik hissəni təmir etməyə icazə verməyiblər.

Bu hadisə Ermənistan cəmiyyətində bomba partlayışı effekti verib. Bir çoxları artıq qollarını çırmalayaraq, “işğalçı” adlandırdıqları Rusiya qoşunlarının, o cümlədən sərhədçilərin Ermənistandan çıxarılması tələbini çoxdan səsləndirdiklərini bildirirlər. Onlar bu zaman rus əsgərlərinin Ermənistanda törətdikləri qalmaqalları həvəslə sadalayırlar. Lakin radikallardan fərqli olaraq, Ermənistan hakimiyyəti Rusiya hərbi kontingentini müdafiə edir – çünki başqa yolu da yoxdur.

Bəs yeni qalmaqalın səbəbi nədir və ermənilər niyə bu hadisəni belə həvəslə şişirdirlər? Axı Ermənistan 1992-ci ildə özünün Türkiyə və İranla sərhədlərinin mühafizəsinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd İdarəsinə verilməsinə dair müqaviləni könüllü surətdə imzalayıb.

Ermənistan sərhədlərini mühafizə edən rus hərbçiləri qaçaqmal, qanunsuz miqrasiya, transsərhəd cinayətləri, terrorçuluq və başqa hallara qarşı mübarizə aparırlar. Rəsmi məlumata görə, rus əsgərləri ötən il 74 sərhəd pozucusunu zərərsizləşdiriblər.

Sözsüz ki, Ermənistan 25 il əvvəl Azərbaycanla müharibə vəziyyətində olaraq, öz sərhədlərini müdafiə etmək iqtidarında deyildi. Hər halda, bütün strateji obyektlərini Rusiyaya vermək məcburiyyətində qalan Ermənistanın indi də öz sərhədlərinin etibarlı mühafizəsini təmin eməyə imkanı yoxdur.

Ona görə də ermənilər indi ölkədə yerləşdirilmiş Rusiya hərbçilərinə dözmək məcburiyyətindədirlər. Ermənistandakı rus əsgərləri isə o qədər “şişiblər” ki, işğalçı ölkənin hökumətini də veclərinə almırlar.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 637
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."