Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ermənistandakı seçki pozuntuları ilə bağlı yeni faktlar  

“Yelk” ittifaqı Ermənistandakı çoxsaylı seçki pozuntuları ilə bağlı yeni məlumat yayıb.

Yeniçağ.Az xəbər verir ki, saat 11:40-14։00 radələrində “Yelk” ittifaqından nümayəndə aşağıdakı seçki pozuntuları və şübhəli fəaliyyətləri qeydə alıb:

36/14 saylı seçki məntəqəsində (12 saylı seçki dairəsi, Vayots Dzor, Yeğeknadzor) bülletenlərin oğurluq halının qarşısı alınıb. Polis çağırılıb.

34/38 saylı seçki məntəqəsində (12 saylı seçki dairəsi, Syunik, Qoris) hərbi qulluqçuların davamlı toplanması müşahidə olunub.

4/19 saylı seçki məntəqəsində (2 saylı seçki dairəsi, Arabqir) komissiyanın üzvləri Yelk ittifaqının nümayəndəsini təhdid ediblər.

24/4 saylı seçki məntəqəsində (9 saylı seçki dairəsi, Lori, Şahumyan) vətəndaşlar 100-dən artıq möhürlənməmiş kuponlarla səs veriblər. Məsələyə Yelk ittifaqının nümayəndəsi qarışıb, nəticədə komissiyanın üzvləri onu təhdid ediblər.

22/29 saylı seçki məntəqəsində (9 saylı seçki dairəsi, Lori, Qursal) polislər “karusel” adlanan seçki pozuntusunu icra etdiyi üçün nəzarətə götürüblər.

23/13 saylı seçki məntəqəsində (9 saylı seçki dairəsi, Lori) vətəndaş “Yelk” ittifaqının bülletenlərinin ikinci səhifəsində reytinq namizədlərinin siyahısının olmadığını aşkar edib.

9 saylı seçki məntəqəsinin dairələrindən birində vətəndaşa kömək edən şəxsin cibindən səs verilmiş 4 bülleten çıxıb.

18/29 saylı seçki məntəqəsində (7 saylı seçki dairəsi, Araqatsodn, Aşnak) vətəndaşlara qırmızı vərəqələr paylanılıb.

29/48 saylı seçki məntəqəsində (10 saylı seçki dairəsi, Kotayk, Crvej) yalnız vətəndaşların tələbindən sonra bülletenlər üçün hazırlanmış aksizlər qoyulub.

35/59 saylı seçki məntəqəsində (12 saylı seçki dairəsi, Syunik, Kacaran) MİS kombinatının işçiləri komissiya sədrinin tələbi ilə açıq səsvermə keçiriblər.

23/36 saylı seçki məntəqəsində (9 saylı seçki dairəsi, Lori vilayəti Vanadzor) “Yelk” ittifaqının nümayəndəsi seçicilərin siyahısında müəyyən insanların adları qarşısında qələmlərlə nişanların qoyulmasını aşkar edib. Bundan sonra komissiya “Yelk” ittifaqının nümayəndəsini oradan uzaqlaşdırmaq istəyib.

Daxil olan zəngə görə, Byurakan icmasının rəhbəri Zarzand Babayan nümayəndənin qeydlərini cırıb və siyahı ilə yönləndirilmiş seçkilər həyata keçirir.

“Yelk” ittifaqının nümayəndəsi QGƏA “Geğama Gənclər Regional Assosasiyası” müşahidə missiyasını həyata keçirən təşkilat açıq-aydın seçiciləri yönəldib.

31/39 saylı seçki məntəqəsində (11 saylı seçki dairəsi, Şirak, Gümrü) müşahidə missiyası həyata keçirən şəxs seçiciləri Tsarukyan partiyası üçün səs verməyə cəlb edib. Komissiya müşahidəçini uzaqlaşdırıb, lakin müəyyən zaman keçdikdən sonra sonuncu yenidən seçki məntəqəsində görsənib. (azvision.az)

Yeniçağ.Az

www.yenicag.az

501