!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistandan Azərbaycanla bağlı QƏRAR - İrəvan hansı addımları atacaq?

!Reklam – Yazi

Azərbaycanın Ermənistandakı mövcudluğunu öyrənmək üçün yazılı göstəriş verilib.

Yenicag.az xəbər verir ki, bu barədə erməni tarixçi Ayk Demoyan sosial şəbəkə hesabında məlumat yayıb.

“Bir neçə gün əvvəl mənə məlum oldu ki, Ermənistanın Mədəniyyət və İdman Nazirliyinin Tarix-Mədəniyyət Qoruqları-Muzeyləri və Tarixi Ətraf Mühitin Mühafizəsi Xidmətinə respublika ərazisində müsəlman abidələrinin, ilk növbədə qəbiristanlıqların qeydiyyata alınması və tədqiqi ilə bağlı yazılı göstəriş verilib.

Daxil olan məlumata görə, bu barədə FH Nazirliyinin nazir tərəfindən imzalanmış rəsmi əmri var. Bundan başqa, “Azaraşen” Erməni Əhali Araşdırmaları Mərkəzi beynəlxalq qrant təşkilatından qrant alıb. Ehtimal etmək olar ki, hələ yayda qrant alıblar.

Onlar Azərbaycanın Ermənistandakı mövcudluğunu öyrənmək üçün qrant alıblar. Bu, özlüyündə hökumətin tapşırığıdır. Nəzərə alsaq ki, Hranuş Xaratyan nazirliyin məşvərət şurasının tərkibindədir, o, bir çox məsələlərlə bağlı qərar verir.

Bu faktları birləşdirərək bir daha güman etmək olar və məndə ciddi şübhələr var ki, Azərbaycan fondları belə bir dağıdıcı proqramı həyata keçirmək üçün vasitəçilik yolu ilə Ermənistana gəliblər.

Bəs Ermənistanda Azərbaycan abidələrini öyrənməkdə məqsəd nədir? Bu, ikinci sualdır…”, – o, öz səhifəsində yazıb.

Xuraman Etibarlı

www.yenicag.az

308
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv