!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistandan ETİRAZ: “Rusiyanın bu qərarı qəribədir”

!Reklam – Yazi

“Rusiyanın Ermənistanın “Cermuk” suyunun satışını dayandırmaq qərarı qəribədir”.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan departamentindən erməni mediasına daxil olan bəyanatda deyilir.

Xəbər verdiyimiz kimi, Vladiqafqaz sakininin “Cermuk” mineral suyunun əvəzinə sirkə içməsi nəticəsində qida borusu yanıb və sonradan ölüb.

Faktla bağlı Rospotrebnadzor “Cermuk” markalı mineral suyun satışının qadağan edib.

Lakin Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyi Rusiyanın bu qərarına etiraz edib və bildirib ki, onlar Rusiyadan rəsmi məktub almayıb.

“23 il ərzində Ermənistandan ixrac edilən mineral suyun bir dənə də olsun zəhərlənmə faktı qeydə alınmayıb. İstehsal prosesində heç bir mənfi dəyişiklik olmadığı halda “Cermuk” mineral suyunun satışının dayandırılması qərarı çox qəribə görünür.

“Cermuk” mineral suyu 2001-ci ildən Rusiyaya ixrac edilir. Rusiyadan başqa ABŞ, Ukrayna, Gürcüstan, Belarus, Qazaxıstan, Aİ və bir çox başqa ölkələrə də ixrac olunur.

“Cermuk” mineral suyunun istehsalında sirkə istifadə edilmir. Tərkibindəki maddələrin gözlənilən qalıq tərkibi, texniki xüsusiyyətlərinə görə, qida borusunun yanmasına səbəb ola bilməz.

Mineral suyun şüşəsində sirkənin olması istehsal prosesinin avtomatlaşdırılması prinsipinə ziddir.

Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyi İdarəsi müvafiq nəzarət tədbirləri görəcək.
Rusiyanın bu qərarının əsaslarını aydınlaşdırmaq üçün rusiyalı tərəfdaşlarla da təsirli tədbirlər görüləcək”, – Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyi bildirib.

Xuraman Etibarlı

www.yenicag.az

141
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv