!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanı gözləyən AĞIR GÜNLƏR: "Paşinyandan asılı olsa, müqaviləni bu gün imzalayar"

!Reklam – Yazi

“Sülh müqaviləsi Azərbaycan və Ermənistandan asılı olsa, bu gün imzalanar”.

Bunu Ermənistanla Azərbaycan arasında sülh müqaviləsininn imzalanmaması, buna mane olan amillərdən danışan politoloq Ramiz Alıyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, uzun müddətdir Ermənistanın Qarabağ xülyalarından uzaqlaşdırmağa çalışırıq:

“Bu səbəbdən hazırda Ermənistanın Azərbaycan ərazisini Qarabağ daxil olaraq tanıması ölkəmiz adına uğurlu addımdır. Sülh müqaviləsi Azərbaycan və Ermənistandan asılı olsa, bu gün imzalanar. Lakin bölgədə sülhün təmin olunmasını istəməyən qüvvələr Ermənistana maneə yaradırlar. Bu qüvvələrin başında isə Fransa dayanır.

Azərbaycan hər zaman sülh tərəfdarı, müqaviləni imzalamağa hər zaman hazır olduğun bildirib. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması danışıqlarının İspaniyada keçirilməsi gözlənilir.

Görüşün harada, kimlərin vasitəçiliyi ilə keçirilməsindən asılı olmayaraq Azərbaycan haqlı və diqtə edən tərəfdir. Çüki biz qalib ölkəyik. Şərtlərimizlə razılaşılmadıqda, Azərbaycan BMT-nin bəyannaməsi ilə tanınan ərazilərində antiterror əməliyyatları keçirəcək. Belə olduğu halda isə ən çox zərəri Ermənistan və havadarları görəcək.

Ermənistan və dəstəkçiləri yolun sonuna çatdıqlarını bilirlər. Müqavilə imzalanmadığı təqdirdə həm Ermənistan, həm də hakimiyyətdə olan Nikol Paşinyan üçün ağrılı-acılı günlər başlayacaq.

Paşinyana “ağıl” verənlər Azərbaycan antiterror əməliyyatına başlasa, onu tək qoyacaq, dəstək verməyəcək. Bunu dərk edən Paşinyan vəziyyətin gərginləşməməsi üçün lazımi addımları atmalıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

284
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv