!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanı sülhə məcburetmə: "Qazaxın yeddi kəndi və Kərki anklavı ilə bağlı iddialarımızı..." - ŞƏRH

!Reklam – Yazi

“Nə qədər ki Paşinyan hakimiyyətdədir, sülh müqaviləsi imzalanmayacaq”.

Bu fikirləri Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının mümkünlüyü haqda danışan Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, Ermənistanın hazırkı hökuməti sülh müqaviləsi bağlamaq istəmir:

“Məni Ermənistan xarici işlər nazirinin və rəsmilərinin dedikləri maraqlandırmır. Çünki onların konkret məqsədi var. Söz oyunu ilə məşğuldurlar. Azərbaycan vətəndaşlarını aldatmağa çalışırlar ki, sülh müqaviləsi imzalanacaq. Bizim siyasətçilərin, dövlət xadimlərinin, politoloqların sadəlövhlüyünə təəccüb edirəm. Onlar ya bilərəkdən adamları aldadırlar, ya da doğrudan, sadəlövhdürlər.

Nə qədər ki Paşinyan hakimiyyətdədir, sülh müqaviləsi imzalanmayacaq. Onların məqsədi sülh müqaviləsi imzalamaq deyil. Onların məqsədi vaxtı uzatmaqdır. Bunun üçün çalışırlar. Heç kim danışımırdı, demirdi, ancaq dəfələrlə vurğuladım ki, əgər Paşinyan Qarabağın Azərbaycanın tərkibində qalmasını istəyirsə, niyə ora büdcə vəsaiti ayırır? Birdəfəlik bilməliyik ki, Ermənistan vaxt uzatmaq üçün çaba göstərir.

İndiki halda Azərbaycanın planlarına müəyyən düzəlişlər edilməlidir. Türkiyədə böyük zəlzələ oldu, dünyasını dəyişənlərə rəhmət diləyirəm. Türkiyənin başı özünə qarışıb. Digər tərəfdən, xristian dünyası Ermənistana açıq dəstək nümayiş etdirir. Bunları gözardı etməməliyik, səbirlə gözləməyi bacarmalıyıq. Bu ölkədə yeganə siyasətçi mənəm ki, deyirəm, sülh müqaviləsi imzalanmayacaq. Paşinyana qarşı müxailəfət mitinq keçirəndə də dedim ki, bu oyunun içərisində Paşinyan özü var.

Hadisələrin gedişini səbirlə gözləməliyik. Düşünürdüm ki, fevral ayında müəyyən hadisələr baş verəcək, Türkiyədə zəlzələ oldu, bu da proseslərə müəyyən təsir etdi. İndiki halda Qazax rayonunun yeddi kəndi və Kərki anklavı ilə bağlı iddialarımızı səsləndirməliyik”.

Səxavət Məmməd

www.yenicag.az

394
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv