!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənistanı Suriyanın taleyi gözləyir" - Erməni politoloq

!Reklam – Yazi

“Ermənistan Suriyanın taleyi ilə üz-üzədir”.

Yenicag.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants proqramda çıxışı zamanı bildirib. O bildirib ki, Ermənistanı Suriyanın taleyi gözləyir.

Onun fikrincə, tərəflər mübahisəli məsələlər həll edildikdən sonra sülh müqaviləsi imzalaya biləcəklər.

“Bakı ikitərəfli dialoq institutunu tətbiq etməklə demək olar ki, beynəlxalq zaminlər institutunun ləğvinə nail olub və “Zəngəzur dəhlizi” adlanan məsələdə beynəlxalq konsensusa nail olub.

Amma göz qabağındadır ki, mövcud güc balanssızlığı şəraitində ikitərəfli razılaşma sülhdən deyil, təslim olmaq üçün yol xəritəsi haqqında danışmaq demək olacaq”, – Surenyants vurğulayıb.

Politoloqun fikrincə, delimitasiya prinsipləri sülh müqaviləsində qeyd edilməməlidir.

O qeyd edib ki, Zəngəzur dəhlizi haqqında təkcə Azərbaycan deyil, Aİ də danışır.

“Bu gün nəqliyyat hərəkətinə nəzarətin istənilən variantı üçtərəfli bəyanatın mətnində qeyd olunandan daha pisdir. Paşinyan bunu müharibədən sonrakı Rusiyanın nəzarətini pozmaq üçün edib. Əslində, məlum oldu ki, o, nəqliyyat əlaqələrinə qarşı deyil, Rusiyanın nəzarətinə qarşıdır. Çünki indi bu 42 kilometrlik hissə geosiyasi maraqların toqquşmasının episentrindədir. Bu baxımdan Ermənistanı Suriyanın taleyi gözləyir, xüsusən də heç bir tərəf öz ambisiyalarından əl çəkmir”, – Surenyants əlavə edib.

Sonda Surenyants bildirib ki, bu gün Ermənistan hakimiyyətinin “səyləri” sayəsində problemlər nəinki azalmayıb, hətta artıb və 2024-cü il siyasi baxımdan əvvəlkindən daha çətin olacaq.

Xuraman Etibarlı

www.yenicag.az

179
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv