!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın ABŞ və Aİ ilə görüşünün PƏRDƏARXASI: “Qərbin İrəvandan əsas tələbi budur”

!Reklam – Yazi

“Ermənistan gündəlikdə olan heç bir məsələ ilə bağlı hələ də iş görmək niyyətində deyil. Ermənistan ancaq iddialarını irəli sürür, hamıdan narazıdır, istər Şərq, istərsə də Qərbdən tələbkarlıq edir. Amma özü bir addım belə atmaq istəmir”.

Bu sözləri Yenicag.az-la söhbətində politoloq Tofiq Abbasov deyib.

Analitik Ermənistan tərəfinin KTMT ilə bağlı səsləndirdiyi ittihamlar fonunda sözügedən qurumun Paşinyan administrasiyasının iddialarına qarşı olan cavabını şərh edib.
Müsahibimiz söyləyib ki, bunun səbəbləri aydındır.

“İrəvan, ilk növbədə, baxışlarını Avropaya yönəldir, çünki onlar erməniləri şirnikləndirirlər, diaspora, siyasi dairələr burada can-fəşanlıq edir. Ona görə də İrəvan KTMT və Azərbaycanla münasibətlərdə bəhanələr axtarır. Ermənistan bu gün aranı qarışdırır ki, sülhdən yayınsın. Kreml də bu siyasəti çox gözəl başa düşür və görür ki, İrəvan faktiki olaraq heç bir iş görmədən elə bir situasiya formalaşdırır ki, qarışıqlıq olsun”, – deyə o bildirib.

Analitik xatırladıb ki, Ermənistan vaxtilə belə bir tələb qoydu ki, İrəvan delimitasiya məsələsinə hazırdırlar, amma üçüncü tərəf də iştirak etməlidir:

“Üçüncü tərəf isə Rusiya olacaq. Moskva da, öz növbəsində, qeyd etdi ki, əgər Azərbaycanın buna etirazı yoxdursa, biz hazırıq. Hadisələr belə də oldu, lakin Ermənistan bunun arxasından da qaçdı.
Ermənistan burada, sadəcə, özünəməxsus boşluğu doldurmağa çalışır ki, işgüzar görüntü yaratsın. Amma, digər tərəfdən, ermənilərin məqsədləri bundan ibarətdir ki, heç bir işə qol qoymasınlar. Çox güman ki, bu da Qərbin tələbidir. Onlar İrəvana diktə edirlər ki, Paşinyan hakimiyyəti sülh prosesindən yayınmalı, ona yaxın dumamalıdır, bundan başqa, istənilən məsələyə vəd verib addım atmamalıdır. Nəhayət, Qərbin əsas tələbi budur ki, biz sizə nə deyəcəyiksə, onu da edəcəksiniz”.

“Biz görürük ki, bunların fikri, bütün gözləntiləri sabah keçiriləcək konfransla bağlıdır. Dünən ABŞ-nin dövlət katibi Entoni Blinken Azərbaycan Prezidentinə zəng edib üzrxahlıq edir, çalışır özünə bəraət qazandırsın ki, guya bunların niyyətləri sağlamdır və s. Ancaq bilirik ki, pərdə arxasında hansı söhbətlər gedir, niyyətlər nədən ibarətdir. Təbii ki, burada Azərbaycanın öz mövqeyi var və kim olursa-olsun, – istər ABŞ, istərsə də Fransa – biz yox deməyi bacarırıq”, – T. Abbasov əlavə edib.

Siyasi təhlilçinin qənaətinə görə, biz heç bir qaydaları pozmamışıq, düz yoldayıq və münasibətimizlə yanaşmamız tam şəffaf və aydındır:

“Hazırda Fransa lideri Emmanuel Makronun fitnə-fəsadı, Kanadanın, Yunanıstanın müdaxiləsi, ermənilər etdiyi havadarlığın bizim üçün təsiri yoxdur. Bunlar guya ermənilərə arxa-dayaq durmaq istəyirlər, amma, əslində, onların bu hərəkəti ermənilərini evini yıxır. Ermənistan rəhbərliyinin ağlı olsa, onları dinləməz, diqqət yetirməz, Qərbin “zurnasına oynamaz”. Amma biz görürük ki, burada dünya erməniliyi Ermənistan dövlətini çox böyük problemlərlə üz-üzə qoyur və bunu bilərəkdən edirlər. Çünki ermənilər artıq dünya səviyyəsində dövlətlərinin deyil, yaratdıqları şəbəkənin keşiyindədir, onun intizarındadır ki, bu şəbəkə zəifləməsin

Diaspor burada terror alətindən də istifadə edir, şantaj, ələ alma, rüşvət və korrupsiya ilə hansısa dairələri öz tərəfinə çəkməyə çalışır. Bu minvalla, bölgədəki vəziyyət belə yanaşmalarla Ermənistanın xeyrinə heç vaxt inkişaf etməyəcək və İrəvan həmişə itirən tərəf olacaq”.

Rafi Müslümov

www.yenicag.az

280
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv