!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın ağasını dəyişmək istəyi: “Paşinyan Moskvaya mesaj verir ki...”

!Reklam – Yazi

“Planlaşdırılan təlim bu ölkəni Ermənistana qarşı daha da qıcıqlandırmağa xidmət edir”.

Bu sözləri ABŞ-nin Ermənistanda keçirilməsi planlaşdırılan “EAGLE PARTNER – 2023” adlı hərbi təlimlərinə münasibət bildirən siyasi ekspert Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, başda N.Paşinyan olmaqla Ermənistan rəhbərliyi son günlər Rusiyanın əleyhinə açıqlamalar verirlər ki, bu da ABŞ-nin işinə yarayır:

“Bu hadisəyə təlim demək bir az yüksək səslənir. ABŞ-nin məqsədi ondan ibarətdir ki, Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarsın. Təsadüfi deyil ki, Amerikanın postsovet ölkələri arasında ən böyük səfirliyi Ermənistandadır. Üstəgəl başda N.Paşinyan olmaqla Ermənistan rəhbərliyi son günlər Rusiyanın əleyhinə açıqlamalar verir ki, bu da ABŞ-nin işinə yarayır. Çünki bununla Ermənistan-Rusiya münasibətləri gərginləşir və qarşılıqlı olaraq da Rusiya tərəfi Ermənistana sərt şəkildə cavablar verir.

Planlaşdırılan təlim bu ölkəni Ermənistana qarşı daha da qıcıqlandırmağa xidmət edir. Burada söhbət yalnız kiçik miqyaslı təlimlərdən gedir. Bu da Rusiyanın xoşuna gəlməyəcək. Onsuz da Paşinyanın Qərblə yaxın münasibətlər qurmasını qəbul edə bilmir. Ermənistanın ağasını dəyişmək istəyi real olaraq mümkün deyil. Rusiya bu ölkənin Türkiyə və İranla sərhədlərini qoruyur, ucuz qaz nəqli həyata keçirir, ölkədə Rusiyaya məxsus hərbi baza mövcuddur. Rusiyanın buradan çıxmaq fikri də yoxdur ki, bunu Peskovun çıxışında da eşitdik. Təlimlər vasitəsilə Paşinyan sanki Moskvaya mesaj göndərməyə çalışır. Bununla da xarici siyasətinin şaxələndirdiyini göstərmək istəyir”.

Yusif Səmədzadə

www.yenicag.az

341
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv