!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın atacağı ADDIMLAR: "Proseslər İrəvanda yekunlaşacaq"

!Reklam – Yazi

“İrəvandan açıq şəkildə bildiriş gəlməlidir ki, qondarma rejim özünü buraxıb, bundan sonra Ermənistan Azərbaycanla yeni diplomatik və iqtisadi münasibətlər sisteminə keçir”.

Bu fikri qondarma rejimin ləğvi və bundan sonra baş verəcəkləri dəyərləndirən politoloq Qədir Aslan Yenicag.az-a açıqlamasında səsləndirib.

Qədir Aslan bildirib ki, proseslər İrəvanda yekunlaşacaq.

“Qondarma rejimin özünü buraxması önəmli addım idi. Unutmaq olmaz ki, bizə ərazi iddiası olan Ermənistandır. Ermənistanın son əməliyyat zamanı Prezident İlham Əliyevin dediyi kimi, səriştə göstərməsi, son dönəmlər konstruktiv addımlar atması uğurludur. Ancaq proseslər tam şəkildə Xankəndidə yox, İrəvanda yekunlaşacaq.

İrəvandan açıq şəkildə bildiriş gəlməlidir ki, qondarma rejim özünü buraxdı, bundan sonra biz Azərbaycanla yeni diplomatik və iqtisadi münasibətlər sisteminə keçirik. Azərbaycanla Ermənistan arasında çərçivə sazişi, sülh müqaviləsi qalıb. Ən önəmlisi isə təzminat davasıdır ki,  ermənilər üçün ağrılı, acılı proseslər olacaq.

Düşünürəm ki, Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasına başlanılacaq. Ermənistanın cənubunda Fransa da konsulluq açmaq istəyir. Bu ondan xəbər verir ki, artıq Ermənistanın cənubu özünə aid deyil. Dövlətlər orda qonsulluq açır. Yeri gəlmişkən, Azərbaycan da orada konsulluq açacaq.

İrəvanda Azərbaycana, Bakıda da İrəvana yönəlik yeni münasibətlər sistemi qurulmalıdır. Qondarma rejimin atributları, ədəbiyyatları, qondarma tarixləri, kitabları var. Bunların hamısı sıradan çıxarılmalıdır. Beynəlxalq aləmdə bunların təbliği qadağan olunmalıdır. Ermənistan özü bunu elan etməlidir.

Yəqin ASAN xidmət, ardınca Mərkəzi Bankın səyyar maşınları oraya gedəcək, telefon xidməti də Azərbaycana məxsus olacaq. İstənilən halda baş verənlər uğurludur”.

Səxavət Məmməd

www.yenicag.az

358
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv