!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistanın atacağı bu addım Rusiya-Ukrayna müharibəsinin sonundan asılıdır” - ŞƏRH

!Reklam – Yazi

“Fikrimcə, rəsmi İrəvan həm mesajlarını çatdırır, həm antiRusiya siyasətində ehtiyatlı davranır”.

Bunu “Ermənistanda antiRusiya təsirinin güclənməsi Ermənistanda hansı nəticələrə gətirib çıxaracaq?” sualını cavablandıran politoloq Asif Nərimanlı Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, anti-Rusiya siyasəti Ermənistanda Paşinyan hakimiyyətə gəldikdən sonra gündəmə çevrilib:

“2018-ci ildə Ermənistanın tezliklə Rusiyadan uzaqlaşacağı düşünülürdü, ancaq bunu müşahidə etmədik. İndiki dövrdə Ermənistan hakimiyyəti antiRusiya siyasəti həyata keçirir. Lakin bu siyasət müəyyən çərçivə içərisində aparılır. Aparılan siyasət Ermənistanın maraqları təmin olunmayacağ təqdirdə, Rusiyaya qarşı addımların atıla biləcəyinin mesajıdır.

Erməni mediasında Laçın dəhlizi ilə bağlı iddia ortaya atıldı. Belə ki, Ermənistan hakimiyyəti yanvarın 10-na qədər Rusiyaya vaxt verib. Əgər yol açılmasa, Ermənistan KTMT və MDB-dən çıxacaq. Fikrimcə, rəsmi İrəvan həm mesajlarını çatdırır, həm antiRusiya siyasətində ehtiyatlı davranır.

Ermənistanın Rusiya təsirindən çxıması həm də Rusiyanın Ermənistanda olan hərbi mövcudluğunun sıradan çıxmasına səbəb olacaq. Qərbin Paşinyan hakimiyyətinə dəstəyi var. Fransa bu məsələdə daha aktiv rola sahibdir. Prosesin güclənməsi istisna deyil. Ancaq proseslərin necə dəyişəcəyi Rusiya-Ukrayna müharibəsinin nəticəsindən asılıdır. Rusiya Ukrayna ilə müharibədən məğlub olaraq ayrılsa, Rusiyaya qarşı ilk addımı atacaq ölkə Ermənistandır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

251
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv