!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın atəşkəsi pozmasının PƏRDƏARXASI: "Fransanı inandırmaq istəyir ki..." - ŞƏRH

!Reklam – Yazi

“Ermənistan Fransanı inandırmaq istəyir ki, sülh üçün uyğun şərait yoxdur”.

Bu sözləri Ermənistan silahlı qüvvələrinin Daşkəsən rayonunu istiqamətində yerləşən mövqelərimizi atəşə tutması fonunda yaranmış gərginliyi şərh edən ehtiyatda olan polkovnik Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.


O, bildirib ki, sülh sazişinin imzalanmayacağı təqdirdə atəşkəsin pozulmasına hər zaman hazır olmalıyıq:

“Azərbaycanın Ermənistandan istəkləri hər kəsə məlumdur. Ermənistanın istəyi isə KTMT-dən uzaqlaşaraq Qərb hərbi mülkiyyətini münaqişə zonasına cəlb etməkdir. Atəşkəsi pozmaqla Fransanı sülhün imzalanması üçün uyğun şəraitin yaranmadığına inandırmaq istəyirlər. Atəşkəsin pozulmasında isə Azərbaycanı günahlandırırlar.

Azərbaycanın razılığı əsasında mülki missiyanın Ermənistana gəlməsinə nail oldularsa, indi hərbi missiyanın gəlməsinə nail olmaq istəyirlər. Hərbi missiya isə beynəlxalq hərbi qrupların bölgədə fəaliyyət göstərməsidir. Hərbi qruplara isə münaqişə zonasında fəaliyyətin zərurətini bildirmək üçün eskalasiya yaratmaq lazımdır. Ermənistan konkret ssenari üzrə planlaşdırılmış şəkildə hərəkət edir.

İstənilən halda itirən tərəf Ermənistandır. Tarixi torpaqlarımız olan Qərbi Zəngəzuru nəzarətə götürməyimizə ermənilərin atəşkəsi pozması ilə nail olduq. Bunu Ermənistan da bilir.

Təbii ki, sülh tərəfdaşıyıq. Lakin Ermənistanda sülhə qərar verə biləcək siyasi iradə və hakimiyyət yoxdur. Sülhə hazır olmadıqları və sülh imzalamadıqları müddətdə atəşkəsin pozulmasını hər zaman müşahidə edəcəyik”.

Nəsimi Ələsgərli

www.yenicag.az

443
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv