!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın baş naziri Gürcüstana səfər edəcək

!Reklam – Yazi

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Gürcüstana işgüzar səfər edəcək və gürcü həmkarı İrakli Qaribaşvili ilə görüşəcək.

Yenicag.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Gürcüstan və Ermənistan baş nazirlərinin təkbətək görüşündən sonra onların rəhbərliyi ilə Gürcüstan-Ermənistan hökumətlərarası iqtisadi komissiyasının iclası keçiriləcək.

Bundan əlavə, hökumət başçıları mətbuata birgə bəyanatla çıxış edəcəklər.

Qeyd edək ki, Gürcüstan və Ermənistan diplomatik əlaqələri 1992-ci ilin iyulunda qurub. Ölkələr ticarət, nəqliyyat, enerji və turizm sahələrində əməkdaşlıq edir./metbuat.az

www.yenicag.az

83
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv