!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənistanın bu iddiası özünü sığortalamaq və Qarabağdakı separatçı rejimi..." - ŞƏRH

!Reklam – Yazi

“Ermənistanın bu iddiası özünü sığortalamaq və Qarabağdakı separatçı rejimi yenidən tərəfə çevirmək cəhdidir”.

Bunu Ermənistanla Azərbaycan arasında imzalanacaq mümkün sülh müqaviləsindən sonra hadisələrin hansı yöndə inkişaf edəcəyi ilə bağlı danışan “Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalının rəhbəri, politoloq Rəfail Becanov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Ermənistanın indiki hakimiyyəti də əvvəlkilər kimi yalan danışır. Qarabağdakı separatçı qurum hər zaman Ermənistanın diqtəsilə hərəkət edib. Müharibədən və acı məğlubiyətdən sonra sadəcə, Ermənistan bu yükü üzərindən atmağa çalışır:

“Qarabağı Ermənistan hərbi birləşmələri və ona havadarlıq edənlər birgə işğal etmişdi. Lakin zaman dəyişdi və Azərbaycan müharibə ilə Ermənistan ordusunu darmadağın edərək, Qarabağı işğaldan azad etdi. 10 noyabr bəyanatını kim imzalayıb? Qarabağdakı separatçı qurum, ya Azərbaycan və Rusiya prezidentləri ilə yanaşı, Ermənistanın Baş naziri Paşinyan? Ortada sənəd, müharibəni aparan tərəflər var. Həmin sənəddə Qarabağdakı separatçı rejimin adı keçmir. Ona görə də Ermənistanın bu iddiası özünü sığortalamaq və Qarabağdakı separatçı rejimi yenidən tərəfə çevirmək cəhdidir.

Ermənistan artıq oradakı tör-töküntülərə arxa dura bilmək gücündə olmadığını başa düşür. Nə onlara açıq, nə də gizli dəstək verə bilir. Ona görə də manevr edib qondarma quruma hansısa formada şans vermək istəyir.

Ermənistan onları silahsızlaşdırmaq istəsəydi, 10 noyabr bəyanatına uyğun olaraq bölgədəki qanunsuz hərbi birləşmələrini çıxarardı, amma etmədi. Azərbaycan lokal əməliyyatlarla onları tərk-silah edib və əgər gələcəkdə də bu kimi hallar müşahidə ediləcəksə, əməliyyatların davamının olacağı şübhəsizdir.

Azərbaycan üçün Ermənistanla sülh imzalansa, separatçı rejimin taleyi deyə bir sual, narahatlıq yoxdur. Azərbaycan torpaqlarını azad edib, sərhədlərimiz nəzarətdədir. Laçın yolunda sərhəd-buraxılış məntəqəsi yaradılıb, faəliyyət göstərir.

Sülh sazişi Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını təsdiqləyən hüquqi sənəd deməkdir. Bunun Qarabağda yaşayan ermənilərə, orada baş verənlərə hər hansı formada adidyyəti yoxdur. Çünki o ərazilər Azərbaycanın ərazisidir, yurisdiksiyasındadır və sərhədləri daxilindədir. Sülh sazişi oldu-olmadı, Xankəndi və ətrafında yaşayan ermənilər Azərbaycan vətəndaşlarının statusundan yararlanmağa məcburdurlar. Əks halda, ərazimizi tərk edib getməlidirlər. Başqa varinat yoxdur. Yaxın zamanlarda bunun da şahidi olacağıq. Necə Laçında sərhəd-buraxılış məntəqəsi yaradıldı, o da baş verəcək . Biz daha qondarma, separatçı rejim ifadələrini eşitməyəcəyik”.

Nəsimi Ələsgərli

www.yenicag.az

361
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv