!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistanın bunları etdiyini eşitsəniz təəccüblənməyin, çünki...” - Deputatdan AÇIQLAMA

!Reklam – Yazi

“Ermənistan Rusiyanın düşmənlərinin yanında yer alır və bunu açıq şəkildə edir”.

Bunu Ermənistan ərazisinə Avropa İttifaqının mülki missiyasının gəlməsinin Rusiyada necə qarşılanacağından danışan Milli Məclisin deputatı Elman Nəsirov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Ermənistan siyasi rəhbərliyi hər zaman satqın statusunu qoruyub saxlayıb:

“Rusiyanın başı Ukraynada müharibəyə qarışıb. Artıq bir ildir davam edən müharibə Rusiyanı kifayət qədər zəiflədib. İstənilən ölkə bir il müharibə aparacağı təqdirdə zəifləmiş olur. Bu halda Paşinyan hökuməti iki stulda eyni vaxtda əyləşməkdənsə bir stulda əyləşmək siyasətinə üstünlük verməyə başlayıb. Yəni, Qərbin yanında yer almağa çalışır. Atdığı son addımlar bunu təsdiqləyir.

Məsələn, bu il Ermənistan siyasi rəhbərliyinin Parlamentdə 102-ci hərbi bazanın Gümrüdən çıxarılmasını müzakirəyə qoyduğunu eşitsəniz təəccüblənməyin. Bu il Ermənistan Parlamentində KTMT-dən çıxıb NATO-ya üzv olmaq məsələsinin müzakirəyə qoyulduğunu eşitsəniz buna da təəccüblənməyin.

Rusiya da artıq təəccüblərini gizlədə bilmir. Necə oldu ki, Ermənistan və Rusiya stratejik hərbi müttəfiq olur, ancaq ərazisinə iki il müddətinə Avropa İttifaqının mülki missiyasını gətirir deyə fikirləşirlər. O, Avropa İttifaqı ki, hazırda Ukraynada Rusiya ilə müharibə vəziyyətindədir və bir-birinə düşmən kimi baxır. Ermənistan Rusiyanın düşmənlərinin yanında yer alır və bunu açıq şəkildə edir.

İndi də məlum olur ki, Avropa mülki missiyası sözdədir. Artıq oraya Fransa jandarmının və eyni zamanda Alman hərbçilərinin də əlavə edilməsi planlaşdırılır. Kreml prosesləri diqqətlə izləyir. Rəsmi Moskvanın Ermənistan siyasi rəhbərliyinin necə cəzalandırılması ilə bağlı variantlar üzərində düşündüyünü hesab edirəm”.

Nəsimi Ələsgərli

www.yenicag.az

427
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv