!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın DTX təcridxanasındakı milyarderi: Bir ildə 100 milyon dollar itirdi

!Reklam – Yazi

Ermənistan milyarderi, separatçı Ruben Vardanyanın sərvəti bir ildə 100 milyon dollar azalıb.

Yenicag.az xəbər verir ki, dollar milyarderlərinin 38-ci qlobal reytinqində o, 1,1 milyard dollar sərvəti ilə 2545-ci yeri tutub.

Ötən il isə 1,2 milyard dollar sərvəti ilə Vardanyan reytinqdə 2259-cu idi.

Qeyd edək ki, Vardanyan “Forbes”in qlobal reytinqində Ermənistandan olan yeganə milyarderdir. Buna səbəb onun 2021-ci ildə Ermənistan pasportu alması, 2022-ci ildə isə Rusiya pasportundan imtina etməsidir. Bundan əvvəl Amerika jurnalı Vardanyanı rus milyarderləri sırasına daxil etmişdi.

Xatırladaq ki, Ruben Vardanyan hazırda DTX-də aparılan cinayət işi üzrə İstintaq təcridxanasında məhkəməsini gözləyir./Qafqazinfo/

www.yenicag.az

166
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv