!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənistanın əmlakı dörd ölkə arasında bölüşdürülüb" - Politoloq

!Reklam – Yazi

“10 milyon dollar 70 minlik əhalinin heç bir aylıq xərcini ödəmir”.

Bunu Ermənistanın Qarabağdakı erməni əhaliyə ayırdığı 10,1 milyon dollar məbləğində maliyyə yardımı haqqında fikirlərini bölüşən politoloq Cümşüd Nuriyev Yenicag.az-a açıqlamasında deyib.

Politoloq Ermənistanın silah-sursat alacaq, humanitar yardım göstərəcək gücdə olmadıını vurğulayıb:

“Ermənistana silah-sursatı Rusiya və İran bağışlayır, bilərəkdən borclandırır. Ermənistanın əmlakı dörd ölkə arasında bölüşdürülüb. Belə bir şəraitdə Ermənistanın hansı iqtisadi gücündən danışmaq olar? Rusiya verdiyi silah-sursat əvəzində Ermənistandan ərazi istəyir. Rusiya Avropaya və Yaxın Şərqə çıxışın yeganə yolunun Azərbaycan olduğunu anlayır.

Ermənistan guya Qarabağda yaşayan 70 min əhaliyə humanitar yardım üçün 10 milyon dollar vəsait ayırıb. 10 milyon dollar 70 minlik əhalinin heç bir aylıq xərcini ödəmir. Özləri bilmədən həm iqtisadi gücsüzlüyü nümayiş etdirir, həm də Qarabağda 70 min əhalinin yaşamadığını. Qarabağda yaşayan erməni əhalinin sayı maksimum 30 min nəfərdir.

Onlar qazı, işığı, suyu kənardan alırlar. Azərbaycanlı eko-fəalların aksiyasından sonra Xankəndidə vəziyyət daha da pisləşib. Ermənistanın ərazidən çıxarmadığı terroristləri isə aclıqdan artıq erməni əhaliyə hücum edir. Aksiya 10 gün daha davam etsə, vəziyyətləri daha da pisləşəcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

989
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv