!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənistanın ərazisi artıq 29.800 kv.km deyil" - Zöhrabyan

!Reklam – Yazi

“Ermənistanın ərazisi artıq 29.800 kv.km deyil”.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bunu keçmiş deputat Naira Zöhrabyan son mətbuat konfransında deyib.

“Ermənistan sülh sazişini daha tez imzalamaq istəyir. Çünki Ermənistan başa düşür ki, Azərbaycanla sülh müqaviləsi gecikdikcə, Ermənistanın suverenliyinə bir o qədər çox xələl gələcək.

Birincisi, biz qərəzsiz olmağa çalışmalıyıq və deməliyik ki, Ermənistanın ərazisi uzun müddətdir ki, 29,8 min kvadratkilometr deyil. Bəzi məlumatlara inansaq, 200 kv.km az, müxtəlif hərbi ekspertlərin məlumatlarına inansaq, 400-600 kv.km azdır. Amma bu məlumatlara baxmayaraq, artıq dediyim kimi, Ermənistanın suveren ərazisini saxlamaqdan ötrü müqavilə tez imzalanmalıdır.

Bayramov bildirib ki, onlar bu sazişin son nəticədə Ermənistan ilə imzalanacağına həqiqətən nikbindirlər. Lakin xatırlatmaq istəyirəm ki, bir neçə gün əvvəl Bayramov Ermənistanla sülh sazişinin yalnız Azərbaycanın gündəliyi ilə imzalanacaq”, – Zöhrabyan bildirib.

Xuraman Etibarlı

www.yenicag.az

219
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv