!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın fəallaşmasında MƏQSƏD: “Bu, onlar üçün böyük fəlakətlər vəd edir” – HƏRBİ EKSPERT

!Reklam – Yazi

“Ermənistan tərəfinin bu qədər fəallaşması müharibəyə gətirib çıxara bilməz. Çünki müharibə üçün Ermənistanın real döyüş potensialı mövcud deyil”.

Bunu son zamanlar Ermənistanın şərti sərhəddə və Qarabağda aktivliyinin səbəb olacağı hadisələrdən danışan hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Ermənistanın həm sərhəddə, həm də Qarabağda mövcud olan qeyri-qanuni hərbi birləşmələrinin son fəaliyyətləri birmənalı olaraq sülh proseslərini pozmağa və hər iki istiqamətdə eskalasiya yaratmağa hesablanıb:

“Ermənistan tərəfinin bu qədər fəallaşması müharibəyə gətirib çıxara bilməz. Çünki müharibə üçün Ermənistanın real döyüş potensialı mövcud deyil. Bu səbəbdən müharibə ehtimalını kənara qoyuruq. Lokal toqquşmaların qaçınılmaz olacağını demək daha düzgün olar.
Digər məsələ isə Ermənistanın münaqişəyə üçüncü tərəf cəlb etməsidir. Bu isə mümkünsüzdür. Üçüncü qüvvənin Ermənistanla Azərbaycan arasındakı məsələyə müdaxilə etməsi NATO üzvü olan Türkiyənin Azərbaycan tərəfindən hadisələrə adekvat reaksiyasına gətirib çıxara bilər. Bu da həmin üçüncü qüvvə üçün böyük fəlakətlər vəd edir.

İndiyə qədər baş verən proseslər onu göstərir ki, münaqişə məsələsində Fransa, İran və Hindistanın Ermənistana siyasi-hərbi dəstəyini nəzərə almasaq, Ermənistan Azərbaycanla meydanda tamamilə tək qalıb”.

Nəsimi Ələsgərli

www.yenicag.az

245
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv