Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ermənistanın gələcəyi bir şəkildən görünür

Toxun acdan xəbəri olmaz (atalar sözü)

İqtisadi, siyasi böhran, yoxsulluq, eləcə də pandemiya böhranı yaşayan Ermənistanda varlılarla kasıblar arasındakı uçurum daha da genişlənir.

Yenicag.az “MediaPost”a istinadən xəbər verir ki, ölkəsində yaranmış dözümsüz vəziyyətdən xəbəri olmayan, ya da xəbəri ola-ola reallığı inkar edən və yoxsulluq şəraitində yaşayan camaatı vecinə almayan Ermənistanın baş naziri Nikol Paşinyanın böyük qızı Mariam Paşinyan növbəti hərəkəti ilə erməni cəmiyyətinin qəzəbinə səbəb olub.

Belə ki, öz “İnstagram” səhifəsindəki mikrobloqunun “Stories” bölməsində qardaşı Aşot Paşinyan ilə yeni şəkil paylaşan Mariam ona yazılan sual və rəyləri cavabsız qoyub.

Qeyd edirik ki, erməni ekspertlər Nikol Paşinyanın ailəsinin zəngin həyat tərzi sürməyə, maliyyə fırıldaqları edərək var-dövlət toplamağa meylli olduğunu dəfələrlə üzə çıxarıblar.

img

Ermənistan hər zaman özünü dünyaya kasıb bir ölkə kimi təqdim edir. Əlbəttə, bunun arxasında bir məqsəd var – xaricdən ianələr, kreditlər əldə etmək. Eyni məqsəd uydurma soyqırımı mövzusuna da aiddir. Bu yolla Türkiyəni də maliyyə ödənişlərinə məcbur etmək istəyirlər.

Başqa misal – illər əvvəl, erməni kökləri olan suriyalı vətəndaşların, indi isə livanlı ermənilərin öz “dəbə-baba” ölkələrinə “qaytarılması” niyyətinin arxasında yalnız və yalnız maliyyə marağı var. Həm Suriyada, həm də Livanda yaşayan ermənilərin yetəri qədər mülkiyyətə, biznesə və maliyyəyə sahib olmaları heç kəs üçün sirr deyil. Öz “qardaşlarını” ölkələrinə çağıran Ermənistan hakimiyyəti bu insanlara yalnız maliyyə mənbəyi kimi baxır.

img

Ermənistanın faktiki olaraq, bərbad gündə olmasını bütün dünya bilir. Düşmən ölkədə demoqrafik problemin yaranmasının səbəbi də məhz əhalinin kasıblıq səbəbindən ölkəni tərk etməsidir.

Maraqlıdır ki, erməni xalqına tətbiq olunan qaydalar “kasıb ölkənin” siyasi elitasına, kriminal oliqarxlarına tətbiq edilə bilməz. “Niyə də edilməlidir?” sualını versəniz, haqlı olarsınız.

Xatırlayırsınızsa, “MediaPost”un 14 avqust tarixində dərc etdiyi “Paşinyan ordudakı ərzaq qıtlığı problemini dövlət büdcəsinin kifayət etməməsində görür” adlı məqaləsində bu ölkənin siyasi elitasının özlərinin və ya onların ailə üzvlərinin korrupsiya fəaliyyətləri barədə məsələlərə toxunulub.

“Xoşbəxt təsadüf” özünü çox gözlətmədi: avqustun 14-də Nikol Paşinyanın BBC-də yayımlanan “Hard Talk” verilişinə müsahibəsi zamanı izləyicilərin diqqətini onun danışığından çox, qolundakı saat cəlb edib. Əlbəttə, “kasıb ölkə”nin baş nazirinin 1.3 milyon dollar dəyəri olan “Patek Philippe” markalı qol saatı rəhbərlik etdiyi ölkədən fərqli olaraq, onun özünün vəziyyətinin heç də pis olmadığını, əksinə, çox babat olduğunu göstərir.

img

Paradoksal bir mənzərəyə şahid oluruq: bir tərəfdən özünü “kasıb” kimi təqdim edən, xaricdəki diasporun ianələri hesabına yaşayan bir ölkə rəhbərinin bahalı saatdan istifadə etməsi onun özünün və ailə üzvlərinin fırıldaqlarını bir daha təsdiqləyir.

Paşinyanın keçmişdə jurnalist olduğunu nəzərə alaraq, qədim Çin mədəniyyəti ilə səthi də olsa, tanış olduğunu fərz edirik. Çin atalar sözündə deyilir ki, “ev ala bilərsən, ailə yox, yataq ala bilərsən, yuxu yox, saat ala bilərsən, vaxt yox, kitab ala bilərsən, bilik yox, vəzifə ala bilərsən, hörmət yox, həkim tapa bilərsən, sağlamlıq yox”.

Qol saatına bu qədər pul verməkdənsə, Paşinyan öz oğluna bir cüt salamat şalvar alsa idi, daha məsləhətli olardı. Çünki ailə başçısının öz “başçılıq” bacarığı onun ailə üzvlərinin xarici görünüşü və davranışı ilə qiymətləndirilir. Öz uşaqlarına tərbiyə verməyi bacarmayan ailə başçısı dövlətini də idarə edə bilməz.

img

www.yenicag.az

253
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100