!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın gərginlik yaratmaq CƏHDİ: “Hədəf Rusiya və Azərbaycandır”

!Reklam – Yazi

“Ermənistanın müharibə riski məsələsi yoxdur, iqtisadi risk məsələsi müzakirə olunacaqsa, hədəf Rusiyadır, Azərbaycandır”.

Bu fikri Yenicag.az-a açıqlamasında ekspert İlham İsmayıl Ermənistanla Azərbaycan arasındakı gərginlik və bunun səbəblərini müəyyən edən təhlükəli məsələlərlə bağlı səsləndirib.

İlham İsmayıl bildirib ki, tərəflər arasında yaranan gərginlik həm beynəlxalq münasibətlərdən, həm də Ermənistanın suverenliyindən qaynaqlanır

“Gərginliyin birinci səbəbi aprelin 5-də Avropa İttifaqı, Aİ və Ermənistan arasında keçirilən konfransdır. Rəy qarışıq notada ifadə olunacaq və onun şəffaflığı aydın deyil. Əgər işsizlik məsələsi masada olsun, Ermənistandan başqa Gürcüstan və Azərbaycan da iştirak etməlidir.Müharibə riski məsələsi olmayacaq, amma iqtisadi risksizlik məsələsi müzakirə olunacaq. Bu halda, hədəf Rusiyadır, Azərbaycandır”, – deyə o bildirib.

Ekspert bildirib ki, bunlara paralel olaraq Ermənistan Azərbaycan sərhədlərinə doğru irəliləyir, silah toplayır, mövqelər qurur: “Bu, cari gərginliyi artırır. Müvafiq olaraq, Azərbaycanın müdafiə naziri buna cavab verir. Gərginlik yaradan səbəblər arasında həm beynəlmiləlçilik, həm də Ermənistanın öz faktoru var”.

Səxavət Məmməd

www.yenicag.az

165
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv