!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın gorbagor olan "status"dan yapışması: "Xankəndi və ətrafında vəziyyəti gərginləşdirmək..."

!Reklam – Yazi

“Əgər status tələbləri davam edərsə, Azərbaycan dövləti tərəfindən Qərbi azərbaycanlılara status verilməsi Ermənistanın qarşısında tələb kimi qaldırıla bilər”.

Bu fikirləri Ermənistanın status məsələsini gündəmə daşıma cəhdlərini dəyərləndirən politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Ermənistanın hansısa statust tələb etməsi Azərbaycanla reallaşa biləcək sülh imkanlarını sabotaj etməyə qarşı yönəlib:

“Avropa İttifaqının missiyası adı altında fransız casus şəbəkəsinin və alman polisinin Ermənistanda fəaliyyətə başlaması ilə paralel olaraq bu hadisənin gündəmə gəlməsi real nəticələrin daha da təhlükəli tendensiyalara çevrildiyini göstərir. Ermənistan, əlbəttə ki, hansısa statusdan bəhs edirsə, Qərbi Azərbaycandan zorla didərgin salınmış, öz dədə-baba yurdları qəsb edilmiş insanlarla bağlı da Azərbaycan Ermənistandan status tələb etməlidir. Qərbi Azərbaycan icmasının dünyaya və Ermənistan rəhbərliyinə çağırışı var. İnsanlar öz evinə qayıtmalı, dədə-baba torpaqlarına rahat şəkildə səyahət edə bilməlidirlər. Ermənistan bunu təmin etməlidir.

Bu gün Xankəndi və ətraf rayonlarda yaşayan, Azərbaycan vətəndaşlığını qəbul etməli olan ermənilərdən danışan qüvvələr mütləq şəkildə Azərbaycandan didərgin düşmüş insanların hüquqlarına da baxmaq məcburiyyətindədir. Ermənistanın Qarabağda yaşayan ermənilərlə bağlı status tələb etmək imkanı yoxdur. Ancaq Xankəndi və ətrafında vəziyyəti gərginləşdirmək Ermənistan üçün yaxşı heç nə vəd etmir. Bu gün Qərbi Azərbaycan icmasının çağırışları var. Və bu çağırışlar əgər status tələbləri davam edərsə, Azərbaycan dövləti tərəfindən Qərbi Azərbaycanlılara status verilməsi ilə bağlı Ermənistanın qarşısında tələb kimi qaldırıla bilər”.

Nəsimi Ələsgərli

www.yenicag.az

285
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv