!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın hazır olmadığı SÜLH MÜQAVİLƏSİ: “Paşinyan bu nüansı qabartmamağa çalışsa da...” - ŞƏRH

!Reklam – Yazi

“İrəvanda başa düşməlidirlər ki, Azərbaycanın BMT-də qəbul olunmuş sərhədləri daxilində ərazi bütövlüyünü tanımağın alternativi yoxdur”.

Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanla sülh müqaviləsi imzalanması üçün İrəvanın yerinə yetirməli olduğu tələbləri şərh edən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti ərazi bütövlüyünün tanınması və beynəlxalq hüququn prinsiplərini qəbul etdiyini açıq mətnlə bildirməlidir:

“Prezidentin vurğuladığı sülh müqaviləsinin imzalanması üçün Ermənistanın atmalı olduğu addımları rəsmi Bakı artıq bir neçə dəfə bəyan edib. O baxımdan, sülh müqaviləsinin imzalanması İrəvanın ərazi bütövlüyü prinsipini qəbul etməsi ilə birbaşa bağlıdır.

Doğrudur, Ermənistan rəsmiləri Azərbaycanla sülh müqaviləsinin imzalanmasına hazır olduqlarını bəyan etsələr də, ərazi bütövlüyünün tanınması barədə danışmamağa üstünlük verirlər. Elə Nikol Paşinyanın özü də bu nüansı qabartmamağa çalışır. Lakin aydındır ki, bu məsələ sonsuza qədər davam edə bilməz.

Ermənistan rəhbərliyi iki ölkə arasında müharibə vəziyyətinə son qoyulmasını və regionda davamlı sülhün bərqərar olunmasını istəyirsə, bu məsələyə dair mövqeyini açıq-aşkar bəyan etməlidir. İrəvanda başa düşməlidirlər ki, Azərbaycanın BMT-də qəbul olunmuş sərhədləri daxilində ərazi bütövlüyünü tanımağın alternativi yoxdur. Ermənistanın bu addımı atmamasının nəticəsi onun özü üçün təsəvvüredilməz fəlakətə səbəb olacaq yeni müharibədir”.

A.Zeynalov

www.yenicag.az

492
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv