!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənistanın hələ də Zəngəzur dəhlizi ilə bağlı yekun mövqeyi yoxdur" - Overçuk

!Reklam – Yazi

“Ermənistanın hələ də Zəngəzur dəhlizi ilə bağlı yekun mövqeyini dəqiqləşdirməyib”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə deyib. O, Azərbaycan və İran arasında Ermənistan ərazisindən yan keçməklə İran ərazisindən keçən dəmir yolunun tikintisi layihəsini şərh edib.

“Şimal-Cənuba gəlincə, burada qarşılıqlı əlaqə tamamilə normaldır. Bundan əlavə, siz bilirsiniz ki, Azərbaycan və İran faktiki olaraq Ermənistandan yan keçməklə Araz çayının cənub sahili ilə uzanacaq avtomobil yolunun tikintisinə başlayıblar. Və faktiki olaraq İran ərazisindən keçən dəmir yolunun tikintisinə dair memorandum imzalayıblar. Ermənistandan yan keçərək çayın o biri sahilində keçəcək”, – Overçuk  bildirib.

O qeyd edib ki, İrandan keçməklə Naxçıvana Türkiyə ilə sərhədə çıxışı olan yolun çəkilməsi variantı uzunluğuna görə Zəngəzurdan keçən yoldan bir qədər fərqlənir. Vu yol Ermənistandan yan keçəcək.

“Ermənistan ərazisindən keçən dəmir yolunun 42 km olacağı təxmin edilirdi. Bildiyimə görə, İran ərazisindən keçən dəmir yolu təxminən 50 km-dir. Bütün fərq budur: iki körpü və 8 km2, – Overçuk qeyd edib.

O, Ermənistanın Meqridən keçən yolun tikintisi vasitəsilə Şimal-Cənub Beynəlxalq Ticarət Dəhlizi (BTD) layihəsində iştirakı məsələsini də şərh edib.

Overçukun sözlərinə görə, layihənin bir hissəsi kimi Zəngəzur bölməsi hazırda Ermənistan tərəfindən dəqiq mövqe olmadığına görə nəzərdən keçirilmir.

“Ermənistan hazırda Şimal-Cənub dəhlizi layihəsindən kənardadır. Hələlik onlar Meğridən keçən yol ilə bağlı yekun mövqe formalaşdırmayıblar”.

Xuraman Etibarlı

www.yenicag.az

196
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv