!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın hərbi cinayətləri: “Bu barədə 70-ə yaxın ölkəyə məlumat verilib” – Ədliyyə Nazirliyinin rəsmisi

!Reklam – Yazi

“Ermənistan Azərbaycana qarşı törətdiyi cinayət əməllərinə görə cəzalandırılmalıdır”.

Yenicag.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin jurnalistlər ilə birgə keçirdiyi 2020-ci ilin yekunlarına həsr olunmuş videokonfransda çıxış edən Təşkilat-nəzarət baş idarəsinin rəis müavini, Qarabağ regional ədliyyə idarəsinin rəisi vəzifəsini icra edən Sübhi Kazımov deyib.

Onun sözlərinə görə, Ermənistanın törətdiyi cinayət əməllərinin dünya ictimaiyyətinə çatdırılması üçün vacib addımlar atılıb:

“Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən 70-ə yaxın ölkənin ədliyyə nazirinə, prokuroruna və çoxsaylı beynəlxalq təşkilatlara müraciət edilib.

Həmin müraciətlərdə erməni terrorçularının törətdiyi qeyri-insani əməllər dünya ictimaiyyətinin diqqətinə çatdırılıb və xüsusilə Cenevrə Konvensiyasının müddəalarının pozulmasına toxunulub”.

Gülşən Şərif

www.yenicag.az

414
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv