!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın hiyləgər planı: "Öldürülən şəxslərin və işgəncə izlərinin itirilməsi üçün..."

!Reklam – Yazi

“Ermənilər Ballıqaya, Qaradağlı, Xocalı və Ağdaban qətliamlarının müəllifidir”.

Bu sözləri Xocavəndin Edilli kəndində kütləvi məzarlığın aşkarlanmasına münasibət bildirən politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

Politoloqa görə, o vaxtı Ermənistan tərəfənindən girov götürülən mülki əhali bir çox hallarda xüsusi amansızlıqla öldürülüb:

“Ermənistan öldürülən şəxslərin və işgəncələrin izlərinin itirilməsi məqsədilə onların meyitlərini kütləvi məzarlıqlarla gizlətməyə çalışıb. Aparılan araşdırmalar nəticəsində işğaldan azad edilən Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında da belə məzarlıqların mövcud olduğu məlum olub. Hətta Füzuli rayonunun Seyidəhmədli kəndində keçmiş “Kolxoz idarəsi” deyilən ərazidəki meydançada 10 nəfərdən çox azərbaycanlının basdırıldığı kütləvi məzarlıq barədə də məlumatlar var. Təəssüf ki, həmin ərazi minalı olduğu üçün hələlik araşdırma aparmaq mümkün deyil. Ermənilər Ballıqaya, Qaradağlı, Xocalı və Ağdaban qətliamlarının müəllifidir.

Mövcud şəraitdə Azərbaycan tərəfi beynəlxalq səviyyədə itkin düşmüş və girov götürülmüş insanlar məsələsinə qlobal diqqəti cəlb etmək məqsədilə iş aparır. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasında “İtkin düşmüş şəxslər” ilə bağlı iki ildən bir qətnamə qəbul edilir. Azərbaycan eyni zamanda BMT-nin Qadınların Statusu üzrə Komissiyasında qəbul edilən “Silahlı münaqişələr zamanı girov götürülmüş qadınlar və uşaqların azad edilməsi haqqında” adlı qətnamənin əsas təşəbbüskarıdır”.

Gülşən Şərif

www.yenicag.az

589
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv