!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın “keçdiyi” daha bir “QIRMIZI XƏTT”: Rusiyanın Roma Statutunun qəbuluna cavabı necə olacaq?

!Reklam – Yazi

“Rəsmi İrəvan Rusiyaya qarşı düşmən mövqe tutmağın əvəzini çox ağır ödəyəcək”.

Bu fikirləri Rusiyanın xəbərdarlığına başxmayaraq, Ermənistanın Roma statutunu qəbul etməsinin İrəvan üçün doğuracağı nəticələri dəyərləndirən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanın atdığı bu addım onun öz himayədarına qarşı xəyanətkar mövqedə dayanmasının göstəricisidir:

“Ermənistanın “müstəqil” dövlət kimi mövcudluğunda Rusiyanın müstəsna rolu var. Rusiya onun sərhədlərini qoruyur, silahlandırır, təhlükəsizliyini təmin edmək üçün orada hərbi baza yerləşdirib və başqa tədbirlər görür.

Ermənistanın atdığı bu addım isə onun öz himayədarına qarşı xəyanətkar mövqedə dayanmasının göstəricisidir. Bu da erməni xislətinin bariz nümunələrindən biridir. Onsuz da, ermənilər tarix boyu xəyanət etməyə alışmış millətdir.

Avropa İttifaqı missiyasının regiona gətirilməsi, ABŞ-la hərbi təlimlərin keçirilməsi – ümumiyyətlə, Ermənistanın Qərbyönümlü addımlarına Rusiya öz münasibətini sərt formada bildirib. Azərbaycanın keçirdiyi lokal antiterror əməliyyatı zamanı
Rusiyanın səssizliyi də bunun özünəməxsus örnəyidir.

Bu gün Rusiyanın bütün media orqanları Ermənistanı “vurmaqla” məşğuldur. Rəsmi İrəvan Rusiyaya qarşı düşmən mövqe tutmağın əvəzini çox ağır ödəyəcək. Hansı formada ödəyəcəyi isə yaxın zamanlarda bəlli olacaq.

Hazırda baş verən proseslər Azərbaycanın xeyrinədir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan yaranmış vəziyyəti düzgün qiymətləndirərək ölkənin suverenliyinin bütün ərazilərimizdə bərpa edilməsinə nail oldu”.

Nəsimi Ələsgərli

www.yenicag.az

269
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv