!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın məşhur saytı "SINDIRILDI" - FOTO

!Reklam – Yazi

Ermənistanın məşhur saytı “sındırılıb”.

Yenicag.az xəbər verir ki, bu barədə erməni mediasına “Hraparak” qəzetinin redaktoru Armine Ohanyan məlumat verib. O bildirib ki, oktyabrın 24-də “Hraparak” saytına kiberhücum edilib və nəticədə sayta giriş edə bilməyiblər.

Armine Ohanyan saytın işləmədiyi barədə xəbərdarlıq edib.

İki gün “blokda qalan” sayt bugündən fəaliyyətini qismən bərpa edib.

“Saytımızın işi demək olar ki, həll olunub. Mən təsəvvür etməzdim ki, bəzi insanlar üçün “Hraparak”ın varlığı, daha doğrusu, yoxluğu bu qədər önəmlidir və onlar bu qədər zəhmət, enerji, pul sərf edə bilərlər.

Xüsusilə qeyd etmək istərdim ki, bizdə ciddi təhlükəsizlik sistemi var. Problem texniki xarakter daşımırdı. Sadəcə olaraq işimizi iflic etmək üçün çoxlu vəsait xərclənirdi. Bir nəfər yox, təşkilat və ya qrup şəklində müdaxilə var idi”, – Ohanyan bildirib.

O, həmçinin qeyd edib ki, indi də sayta hücum dayanmır və demək olar ki, eyni sürətlə davam edir.

Xatırladaq ki, oktyabrın 24-də qəzetin redaktoru sayta haker hücumu barədə məlumat verib:

“Hörmətli oxucular, artıq bir saatdan çoxdur ki, “Hraparaka” internet saytı qəddar hücuma məruz qalıb, 26 milyondan çox müdaxilə cəhdi edilib, bir neçə saniyədə yüz dəfə, ona görə də hazırda sayt işləmir”.

Xuraman Etibarlı

 

www.yenicag.az

244
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv