!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın MN: “Rusiya digər tərəfdaşlarla əməkdaşlığımıza hörmət etməlidir”

!Reklam – Yazi

“Rusiya Ermənistanın digər tərəfdaşlarla əməkdaşlığına hörmət etməlidir”.

Yenicag.az xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan fevralın 23-də İrəvanda Fransanın müdafiə naziri Sebastyan Lekornu ilə birgə keçirdiyi brifinqdə deyib.

“Kiminlə və hansı səviyyədə əməkdaşlıq etmək barədə qərar Ermənistanın suveren hüququdur. Bu, Ermənistanın və onun xalqının maraqlarına əsaslanır.

İrana gəlincə, Ermənistan-Fransa əməkdaşlığı Ermənistanın adınadır və heç kimə qarşı yönəlməyib.

Bizim həm Fransa, həm də İranla əməkdaşlıq etmək hüququmuz var. Fransalı tərəfdaşlarımız iranla əməkdaşlığımıza hörmətlə yanaşırlar.

Düşünürəm ki, Rusiya da bunu etməlidir. Bu əməkdaşlıq heç bir ölkəyə qarşı yönəlməyib”, – Papikyan bildirib.

Xuraman Etibarlı

www.yenicag.az

139
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv