!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistanın müdafiə naziri Azərbaycanla müharibə ehtimalı haqqında elə danışdı ki...” – RƏY

!Reklam – Yazi

“O, bir neçə dəfə təkrarlanan suallardan sonra Ermənistanın Hindistandan bir sıra silahlar aldığını etiraf etməli oldu”.

Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyanın keçirdiyi son mətbuat konfransında səsləndirdiyi fikirlərin yerli cəmiyyətdə doğurduğu reaksiyanı dəyərləndirən şərh edən Erməni Araşdırma Mərkəzinin rəhbəri professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanın siyasi-hərbi rəhbərliyi Azərbaycanla gərginliyin artırılmasından yayınmağa çalışır:

“Əlbəttə, Paşinyanın səsləndirdiyi son fikirlərə erməni cəmiyyəti və mediası çox operativ reaksiya verdi. Hətta elə bir vəziyyət yarandı ki, Ermənistanın müdafiə naziri elə Paşinyanın mətbuat konfransını keçirdiyi binada jurnalistlərə açıqlama verməli oldu.

Ona ünvanlanan ilk suallardan biri Azərbaycanla müharibənin bərpa olunacağı təqdirdə Ermənistanın hansı vəziyyətdə olacağı ilə bağlı idi. Müdafiə naziri Azərbaycanla müharibə ehtimalı haqqında elə danışdı ki, hər kəs müharibənin başlayacağı təqdirdə Ermənistanın şansının olmadığını anladı.

Müdafiə naziri bir neçə dəfə təkrarlanan suallardan sonra Ermənistanın Hindistandan bir sıra silahlar aldığını da etiraf etməli oldu. O, həmçinin Rusiyanın regiondakı rolu haqda da danışaraq, Moskvanı qıcıqlandıracaq ifadələrdən yayınmağa çalışdı.

Digər tərəfdən, Paşinyan Azərbaycanla sülh müqaviləsini imzalamağa hazır olduğunu bir daha bildirdi. Yəni anlaşıldığı qədər, Ermənistanın siyasi-hərbi rəhbərliyi Azərbaycanla gərginliyin artırılmasından yayınmağa çalışdığını nümayiş etdirir. Paşinyan hətta onu da dedi ki, sülh müqaviləsi bu ilin sonuna kimi imzalana bilər. Amma o, bu niyyətinin ciddiliyini artıq sözdə yox, əməldə göstərməlidir”.

A.Zeynalov

www.yenicag.az

414
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv