!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın müxalifət lideri ETİRAF ETDİ: "Mən xalqı birləşdirə bilmədim"

!Reklam – Yazi

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan gücsüzlüyünü etiraf edib.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan müxalifətinin lideri, “Ermənistan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan erməni mediasına müsahibəsində deyib.

“Biz cəmiyyətin geniş təbəqələrini hakimiyyət dəyişikliyi üçün birləşdirə bilmədik”, – Ohanyan təəssüflənib.

Onun fikrincə, rejim yerli hakimiyyətləri, məhkəmə-hüquq sistemini ələ keçirib, müxalifətin isə kifayət qədər təsir rıçaqları yoxdur.

Ohanyan və onun tərəfdaşları yeni müxalifət liderini gözləyirlər.

“Bu gün kim liderdirsə, kim mübarizə ruhunu yarada bilirsə, kim xalqı birləşdirə bilirsə, biz onunla yan-yana dayanacağıq”, – Ohanyan bildirib.

Xuraman Etibarlı

www.yenicag.az

165
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv