!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın NATO-ya üzvlük MƏSƏLƏSİ: "Ankara İrəvana "yaşıl işıq" yandırmayacaq" - ŞƏRH

!Reklam – Yazi

NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Felinger Ermənistanı bu quruma üzv olmağa çağırıb və əlavə edib ki, İrəvanın çağırışa müsbət cavab verəcəyi təqdirdə ABŞ prezidenti Cozef Bayden onları dəstəkləyəcək.

Doğrudur, Felingerin məlum müraciəti əsasında Ermənistanın NATO-ya üzv olacağı inandırıcı görünmür.

Birincisi, ona görə ki, Ermənistan bu quruma üzv olmaq üçün NATO-nun şərtlərinə cavab verəcək dövlət deyil. İkincisi, hər kəsə məlumdur ki, Alyansın qapısından giriş üçün təkcə ABŞ-nin rəyi və istəyi kifayət deyil. Gərək, təşkilatın bütün üzvlərinin razılığı ola.

Nəzərə alsaq ki, Alyansın əsas üzvlərindən biri də Türkiyədir, o zaman Ankaranın İrəvana “yaşıl işıq” yandırmayacağı dəqiqdir. Bu baxımdan Ermənistanın Alyansa üzv olmaq imkanlarını qeyri-mümkün hesab etmək olar.
Ancaq Felingerin Ermənistan üçün etdiyi bu çağırışı kifayət qədər təhlükəli hesab etmək olar. Çünki AİK sədrinin məlum bəyanatı Rusiyanın birbaşa Ermənistan, dolayısı ilə də Qafqaz siyasətinə ziddir. Kremlin isə bütün dünya ilə düşmən olmasının əsas səbəbi məhz post-sovet ölkələrinin Qərbə, əsasən də NATO-ya inteqrasiya siyasətini həzm edə bilməməsidir.

Nümunə kimi, Gürcüstan və Ukraynanı göstərmək olar. Deməli, Qərb Felingerin dili ilə gələcəkdə Ukrayna, ən yaxşı halda isə Gürcüstan variantının Ermənistanda təkrarlana biləcəyinə işarə edir.

Elçin Abdullayev

www.yenicag.az

206
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv