Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ermənistanın növbəti baş naziri Paşinyan olacaq - PROQNOZ

“Hesab edirəm ki, baş nazir seçkisində Ermənistan müxalifəti müvəqqəti hökuməti formalaşdırmağa nail olacaq. Ardınca da növbədənkənar parlament seçkilərinə gedəcək. Paşinyanın baş nazir olması ehtimalı bu mənada fikrimcə, daha böyükdür. Bununla da Rusiyanın Ermənistandakı siyasi dayaqları iqtidardan tamamilə gedəcək”

Bu sözləri Yenicag.az-a açıqlamasında mayın 1-də Ermənistan parlamentində baş nazir postuna kimin seçilə biləcəyilə bağlı sualı cavablandırarkən politoloq Taleh Əliyev deyib:

“Bildiyiniz kimi, Serj Sarkisyanın istefasından sonra Ermənistandakı hadisələr Rusiyanın prosesə açıq müdaxiləsi fonunda keçirilir. Baş nazir səlahiyətini icra edən Karen Karapetyanın ilk olaraq rusiyalı həmkarı Dmitri Medvedyevlə telefonla danışması, xarici işlər nazirilə baş nazirin müavininin Moskvaya səfərləri Rusiyanın prosesə artıq əl atmağa başladığını göstərir. Buna baxmayaraq, parlamentdəki “İrs” və “Çiçəklənən Ermənistan” partiyalarının müxalifəti dəstəkləməsi, habelə Daşnakstyun Partiyasının hökumət koalisiyasından çıxması, müxalifətin yenidən etiraz aksiyasına start verməsi onu göstərir ki, Karapetyanın seçkilərdə baş nazir olmaq şansı o qədər də yüksək deyil.

Məhz buna görədir ki, Rusiya prosesə müdaxilə etməyi qərara alıb. Rusiya prezidenti Vladimir Putinin Karapetyanla danışması həmçinin, Rusiya XİN sözçüsünün müvəqqəti hökumətin Ermənistan parlamentindəki hazırkı status-kvonun nəzərə alınaraq formalaşmasını istəməyi onu göstərir ki, Moskva bu mərhələdə məhz Karapetyanı dəstəkləyir. Amma erməni müxalifətinin lideri Nikol Paşinyanın kifayət qədər sərt bəyənatları fonunda Karapetyanın bu postuna təsdiqlənəcəyi inadırıcı görünmür. Hətta Paşinyan bildirib ki, o baş nazir olmayacaqsa,  heç kəs bu vəzifəyə seçilməyəcək. Ona görə də hesab edirəm ki, Paşinyan baş nazir olaraq təsdiqlənəcək”.

Qeyd edək ki, mayın 1-də Ermənistan parlamenti səlahiyyətləri müvəqqəti olacaq yeni baş naziri seçməlidir. Bu posta isə hələlik iki namizəd var. Parlament çoxluğu olan Respublikaçılar Partiyası hazırda baş nazir vəzifəsini müvəqqəti icra edən Karen Karapetyanın namizədliyini dəstəkləyir. Amma müxalifət etiraz aksiyalarının rəhbəri Nokol Paşinyanın üzərində dayanıb.

ELÇİN

Loading...

www.yenicag.az

3066
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100