!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın qaçırdığı ŞANSLAR: “Zəngəzur dəhlizindən yararlanaraq Aralıq dənizinə qədər...”

!Reklam – Yazi

“Zəngəzur dəhlizinin açılması çox vacibdir və bu layihə nə olur-olsun, gerçəkləşdiriləcək”.

Bu fikirləri Zəngəzur dəhlizinin açılmasına yönəlik prosesin gedişatını dəyərləndirən politoloq Abutalıb Səmədov Yenicag.az-a açıqlamasında deyib.Politoloq bildirib ki, Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı mövqeyini beynəlxalq platformalarda dəfələrlə diqqətə çatdırıb:

“Son olaraq Prezidentin köməkçisi Hikmət Hacıyev bu layihənin bizim üçün artıq cəlbedici olmadığını vurğuladı. Çünki İrandan həm dəmir, həm də avtomobil yolunun çəkilməsi istiqamətində işlərə başlanılıb.

Zəngəzur dəhlizi məsələsi Ermənistana axırıncı xəbərdarlıq idi. İrəvana dəfələrlə “bu dəhliz sənə daha çox lazımdır” mesajı verilib. Çünki Ermənistan Yuxarı Lars və Gürcüstandan keçən nəqliyyat xətlərinin ümidinə qalıb. Ermənistan Zəngəzur dəhlizindən yararlanaraq həm Türkiyə vasitəsilə Aralıq dənizinə çıxmaq, həm də Azərbaycandan Rusiyaya getmək, dənizə çıxmaq imkanı əldə etmişdi.

Zəngəzur dəhlizinin açılması çox vacibdir və bu layihə nə olur-olsun, gerçəkləşdiriləcək. Ancaq təəssüf ki, proses ləngiyir. 10 noyabr üçtərəfli bəyanatında dəhlizdə təhlükəsizliyi Rusiya sərhədçilərinin təmin edəcəyinə dair müddəa var.

Lakin Ermənistan indi bununla bağlı narazılığını dilə gətirir. Bunun kimi həll olunmalı və razılaşdırılmalı bir sıra məsələlər mövcuddur. Yəqin ki, yaxın gələcəkdə ermənilərin Zəngəzur dəhlizi ilə bağlı müəyyən addımlarının şahidi olacağıq. Əks halda, proses daha çox ləngiyə bilər”.

Nəsimi Ələsgərli

www.yenicag.az

301
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv