!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistanın Qərbdən başqa alternativi yoxdur” – Erməni siyasətçi

!Reklam – Yazi

“2020-ci ilə qədər düşünürdük ki, nə qədər ki Qarabağ məsələsi var, Rusiyanın orbitində qalmalıyıq”.

Yenicag.az xəbıər verir ki, bunu Respublika Partiyasının sədri Aram Sarkisyan demokratik ictimai-siyasi qüvvələrin qurultayında deyib.

Onun sözlərinə görə, Ermənistan Rusiya Federasiyasının orbitində qalaraq Qarabağı qorumağa çalışıb.

“Düşünürdük ki, insan haqları ilə bağlı problemlərimizə görə geri qalmağımızdan eybi yoxdur, amma ən azından Qarabağda problemlər həll olunacaq.

2020-ci ildən sonra məlum oldu ki, bizim və Rusiyanın bu problemə yanaşması fərqlidir”, – erməni siyasətçi bildirib.

Sarkisyanın sözlərinə görə, bu gün Ermənistan həqiqətən də ciddi problemlərlə üz-üzədir:

“Bizim orduda problemlər, ciddi silah problemi, iqtisadi bərpa problemi, ictimai həyatda vətəndaşların və insan hüquqlarının müdafiəsi problemi var.

Biz bütün bunları həll edə bilərik. Bu problemlərin həlli yalnız Qərbdə var”.

Sarkisyan qeyd edib ki, qonşu dövlətlər arasında Gürcüstan ABŞ-nin, Azərbaycan Türkiyənin yanındadır və onun maraqları Rusiyanın maraqları ilə üst-üstə düşür.

“Biz möhkəmlənmək üçün bölgədə qalmışıq.

Rusiya ilə qalsaq, Rusiya-Türkiyə-Azərbaycan üçbucağında qalacağıq. Burada problemlər bizim hesabımıza həll olunacaq. Ona görə də bizim Qərbdən başqa alternativimiz yoxdur”, – deyə o əlavə edib.

Xuraman Etibarlı

www.yenicag.az

129
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv