!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın revanş istəyi: “Sülh istəyən kəs belə işlər uğrunda mübarizə aparmaz”

!Reklam – Yazi

“Ortada sülh müqaviləsi olmasa belə, ölkəmiz birtərəfli şəkildə Qarabağdakı vəziyyəti ələ alacaq və bundan sonra 1 dram belə maliyyə yardımı ayrıla bilməyəcək”.

Bu sözləri Ermənistanın separatçı rejimə büdcədən yeni maliyyə dəstəyi ayırmaq planına münasibət bildirən siyasi ekspert Zaur Məmmədov Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, təəssüflər olsun ki, hazırda N.Paşinyan sülh müqaviləsi üçün çalışmaqdansa, yeni-yeni sevdaya düşərək Azərbaycana təkliflər irəli sürür:

“Artıq Ermənistan 30 ildir ki, Qarabağdakı separatçılara maliyyə yardımı etməkdədir. Əslində biz bilirik ki, bu müddət ərzində “Qarabağın müstəqilliyi” iddiaları bir bəhanə idi. Məsələ işğal faktorundan ibarət idi. Hazırda da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazi Ermənistan üçün öz ərazi iddialarinin davamı hesab edilir. Əslində Ermənistan indiki mərhələdə maliyyə yardımının kəsilməsinin də əleyhinə deyil. Buna səbəb separatçıların bir növ hay-küy yaratması, Ermənistan daxilində N.Paşinyana müxalif olan qüvvələrin aktivləşməsidir. Həmçinin belə bir addım erməni diasporunun narazılığına səbəb ola bilər.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanarsa, edilən bütün maliyyə dəstəkləri dayandırılacaq. Ortada sülh müqaviləsi olmasa belə, ölkəmiz birtərəfli şəkildə Qarabağdakı vəziyyəti ələ alacaq və bundan sonra 1 dram belə maliyyə yardımı ayrıla bilməyəcək. Təəssüflər olsun ki, hazırda N.Paşinyan sülh müqaviləsi üçün çalışmaqdansa, yeni-yeni sevdaya düşərək Azərbaycana təkliflər irəli sürür. Xüsusən, Ermənistan və Fransa Aİ-ni məsələyə yenidən qatmağa çalışır, BMT Təhlükəsizlik Şurasıı tərəfindən qətnamələrin qəbul edilməsinə can atırlar.

ABŞ-dəki erməni diasporu Qarabağa yeni humanitar yardımlar göndərməyə çalışır. Həmçinin Fransa höküməti tərəfindən ayın sonunadək yeni yüklərin Laçın yoluna gətirilməsinə cəhd göstərilir. Bütün bunlar ondan xəbər verir ki, qarşıdakı aylar ərzində sülh müqaviləsi imzalanmayacaq.

Görünən odur ki, bu tip addımlıar regionu yeni müharibəyə sürükləyir. Sülh istəyən kəs belə işlər uğrunda mübarizə aparmaz. Bütün bunlar açıq-aydın status-kvonu uzatmaq, vaxt udmaq deməkdir. Bu da Ermənistanın güclənmək istəyindən qaynaqlanır ki, nəticə etibarı ilə gələcəkdə revanş almaq niyyətini ortaya qoyur”.

Yusif Səmədzadə

www.yenicag.az

493
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv