!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın revanşist cəhdlərinə Azərbaycanın CAVABI: "Yekun kapitulyasiya aktı imzaladılmalıdır" - ŞƏRH

!Reklam – Yazi

“Azərbaycan Paşinyanı sahədə məğlub edib, sülh müqaviləsi yox, yekun kapitulyasiya aktı imzalatmalıdır”.

Bu fikri Ermənistan və Qarabağda aktivistlərin fəallığı, bunun arxasında duran güclər və Azərbaycanın necə davranmağını şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elşad Musayev bildirib ki, Paşinyan özü də sülh müqaviləsi imzalamağa hazır deyil:

“Ermənilərin revanşist əhval-ruhiyyə nümayiş etdirməsində təsadüf heç nə yoxdur. Müharibədən müəyyən zaman keçib, bir qədər dirçəliblər. Ona görə də öz arzularını, istəklərini dilə gətirirlər. Azərbaycan cəmiyyətində səhv ondan ibarətdir ki, Ermənistanda keçirilən seçkini düzgün qiymətləndirmir. Belə düşüncə var ki, Paşinyan Ermənistan əhalisinin yarıdan çoxunun səsini qazanıb. Bu belə deyil. Ermənistanda seçkilər keçiriləndə əhalinin 49 faizi iştirak etdi. Seçkidə iştirak edənlərin 53 faizi Paşinyana səs verdi. Bu da təqribən Ermənistan seçicilərinin 24-25 faizi edir.

Erməni cəmiyyəti görəndəki Paşinyana təzyiq var, dünya Qarabağı Azərbaycanın tərkib hissəsində olduğunu tanıyır, öz niyyətlərini bəyan edirlər. ABŞ də, Avropa İttifaqı da sülh müqaviləsinin bağlanılmasında, Rusiyanın bölgədən çıxmasında maraqlıdır.

Paşinyan özü də sülh müqaviləsi imzalamağa hazır deyil. O, çalışır ki, təhlükəsizlik qarantı alsın. Deyirlər ki, Paşinyan ərazi bütövlüyümüzü tanıdı və məsələ bununla da həll olacaq. Bu çox mənasız yanaşmadır. Biz Paşinyanı sahədə məğlub edib, sülh müqaviləsi yox, yekun kapitulyasiya aktı imzalatmalıyıq. Başqa çıxış yolu yoxdur”.

Səxavət Məmməd

www.yenicag.az

453
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv