!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın SİLAHLANDIRILMASI: "Hindistanın bu dəstəyi türk düşmənçiliyindən irəli gəlir"

!Reklam – Yazi

“Hindistanın Ermənistana dəstək verməsi də Azərbaycanın Pakistana münasibətinə bağlıdır”.

Bu fikri Ermənistan-Hindistan münasibətləri, regionun militarlaşdırılması və gözlənilənləri dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Fərəc Quliyev bildirib ki, Hindistanın Ermənistana dəstəyi türk düşmənçiliyindən irəli gəlir:

“Ermənistana olan kömək ona vurğunluqdan irəli gəlmir. Sadəcə türk düşmənçiliyidir. 100 il əvvəl ermənilər necə alət olaraq istifadə olunmuşdusa, yenə onlardan istifadə olunur. Ermənistanın taleyi nə olursa-olsun, bu, heç kimi maraqlandırmır. Hindistanın Ermənistana dəstək verməsi də Azərbaycanın Pakistana münasibətinə bağlıdır. İran, Rusiya, Fransa Ermənistana necə yanaşırsa, Hindistan da elə yanaşır. Nə qədər Ermənistana silah verilsə də, Azərbaycanla müqayisə oluna bilməz. Bu qədər silahın verilməsinin əsas səbəbi problemin qalmasında maraqlı olmalarıdır. Nə sülh, nə də hərb istəyirlər. Hərb olsa, Ermənistan, sülh də olsa, havadarları regionda olmayacaq. Ona görə də idarəolunan xaosun qalmasında maraqlıdırlar.

Nə qədər silah verilməsindən aslı olmayaraq fakt odur ki, Ermənistan silahlandırılır. Azərbaycan tərəfi müharibədən sonra məsələ qoymuşdu ki, Ermənistan silahsızlaşdırılmalıdır. İndi də məsələni belə qoymalıyıq.

Ermənistanın təcavüzün əvvəlcədən planlaşdırılması, dənizdən-dənizə siyasəti var. Başqa ölkələrin ərazilərini ilhaq etmək istəyi Ermənistanın dövlət proqramıdır. Militarist, başqa xalqlara qarşı soyqırım etmək Ermənistan tərəfindən milli proqrama çevrilib. Hansı hakimiyyət gəlirsə-gəlsin, bu proqramdan çıxış edirlər. Hələ indi Ermənistan baş naziri Nikol Paşinyan çıxışında deyir ki, referendum olmalıdır, konstitutsiyamıza yenidən baxılmalılıdır, müstəqillik aktından müəyyən müddəalar çıxarılmalıdır. Hətta onlar özləri belə təhlükəli doktrinalarının olmasının fərqindədirlər.

İki istiqamətdə işimizi görməliyik. Birincisi, Ermənistanın silahsızlaşdırılmalısı ilə bağlı beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmalıyıq. Nəinki Qarabağdan 10 min silahlının çıxarılması, ümumiyyətlə, Ermənistanın silahsızlaşdırılmalısı, ordusunun olmaması, yalnız daxili məsələlərinin həlli üçün silahlılarının olması yönündə düşüncə ortaya qoyulmalıdır. İkincisi isə təzminat davasıdır. Əgər ermənlərin belə pulları varsa, onlar silah almaq yerinə Azərbaycana təzminat ödəməlidir. Təzminat məsələsi üzərində çox ciddi dayanmalıyıq. Əgər təzminat ödəməyə pulları çatmırsa, silahlarını Azərbaycana versinlər, əgər bu da yetməzsə, Zəngəzur dəhlizinin keçəcəyi hissəni Azərbaycana verməlidirlər”.

Səxavət Məmməd

www.yenicag.az

507
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv