!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın silahlandırılmasının məqsədi nədir? - AÇIQLAMA

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, İrandan Ermənistana yük avtomobil karvanının hərəkəti qeydə alınıb. Bununla İran vasitəsilə Ermənistana yeni silah partiyasının göndərildiyini ehtimal etmək olar. Bəs görəsən bu ölkəni silahlandıran kimlərdir?

Yenicag.az xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev məsələ ilə bağlı “Unikal”a açıqlamasında bildirib ki, Ermənistan müharibədən sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə aktiv şəkildə silahlanmaya çalışır.

Onun sözlərinə görə, Ermənistanın özünə müttəfiq olaraq əvvəlcə İranı sonra isə Hindistan, Fransanı seçməkdə əsas niyyəti müharibə zamanı məruz qaldığı itkiləri kompensasiya etməkdir: “Bu dəfə verilən silahların isə Rusiyadan ola biləcəyi ehtimalı böyükdür. Son günlər Ermənistan rəsmiləri daha çox Rusiyadan aldıqları silahların verilə biləcəyinə dair məlumat yayırdılar. Hər bir halda verilən bir neçə silah nümunəsi Azərbaycanla Ermənistan arasında silah balansında mövcud olan dərin uçuruma təsir etməz. Dövlətlər 30 illik işğal tarixinə malik Ermənistanın silahsızlaşdırılmasına çalışmalı idilər.

Bəzi ölkələr hesab edir ki, məğlub, döyülmüş, söyülmüş və əzilmiş Ermənistana 5-6 silah verməklə onların Azərbaycanla güc balansını bərpa etməsinə nail ola bilərlər. Bu silahlar heç bir halda balansı təmin etməyəcək. Amma Ermənistanı bir qədər cəsarətləndirə bilər və bu silahlar sayəsində müəyyən təxribatlara yol verərlər. Xəbərdarlıq edirik ki, Ermənistanın revanşa hazırlaşmasından narahatıq. Bu revanşa hazırlıqdan qətiyyətlə çəkinmirik. Ermənistan tərəfi revanşa gedəcəksə, buna adekvat cavab alacaq. Bu cavabın nəticələri indidən hamımıza çox yaxşı məlumdur”.

Deputat Arzu Nağıyev saytımıza bildirib ki, Rusiya və Ermənistan arasında müvafiq müqavilələr var. O xatırladıb ki, bir vaxtlar ortada 400 milyon dollarlıq müqavilə məsələsi var idi:

“Həmçinin, bunun 1 milyard olacağı və kredit vasitəsilə ödəniləcəyi məsələsi də qeyd olunurdu. Ukrayna ilə müharibədə olduğu üçün Rusiyanın özünə də silah lazım idi. Ona görə müəyyən müqavilələr gecikdi və Rusiya silahların verilməsini dayandırdı. Ermənistan isə verdiyi vəsaiti geri istəyirdi. Son vaxtlar Hindistandan silah alınması Rusiyanı bu problemlərin həlli istiqamətində addım atmağa məcbur etdi. Hindistan bu bazara girməkdə israrlı olduğu üçün Rusiya müəyyən qədər müqavilənin icrasını təmin etmək istəyir. Ermənistanın deputatlarının açıqlaması göstərdi ki, əsas məqam bundan ibarətdir. Ermənistan və Rusiya arasında daim silah alqı-satqısına dair müqavilə olub”.

Deputat qeyd edib ki, Ermənistanın kim tərəfindən silahlanması bizim üçün o qədər əhəmiyyət kəsb etmir: “Bizim o silahlara qarşı istifadə ediləcək kifayət qədər imkanlarımız var. Biz bunu daxili və xarici siyasətimizdə prioritet istiqamət kimi qəbul etmişik”.

www.yenicag.az

118
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv