!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın silahlanması təhlükəli xarakter alır – Azərbaycan üçün ciddi siqnal

!Reklam – Yazi

“Ermənistanın silahlanmasını düzgün qiymətləndirməli və nəticələr çıxarmalıyıq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Ermənistanın silahlanması və bunun təhlükəli tərəflərini şərh edən ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov deyib.

Rövşən Məhərrəmov bildirib ki, Ermənistanın silahlanması təhlükəli xarakter alır:
“Azərbaycanla Ermənistan arasında gərginlik artan xəttlə davam edir. Maraqlıdır ki, nə Qərb, nə də Rusiya tərəfləri danışıq masası arxasına dəvət etmir. Bu o deməkdir ki, böyük güclər regionda gərginliyin olmasında maraqlıdır.

Fransanın Ermənistandakı səfiri İrəvanda mətbuat konfransı keçirdi. Bildirdi ki, daim Ermənistanın yanındadırlar və qarantıq. Səfir açıq şəkildə dedi ki, heç kimə vermədikləri silahları Ermənistana verirlər. Bir tək silahların logistikası problemi var. Silahların Moldovada, Bolqarıstandan keçirməklə Gürcüstan üzərindən daşınması ehtimalı var. Hindistandan silahlar İran vasitəsi ilə daşınır. İranın özü də Ermənistana silah təminatı edir.
Ermənistanın silahlanmasını düzgün qiymətləndirməli və nəticələr çıxarmalıyıq”.
Hərbi ekspert qeyd edib ki, bu, Azərbaycana ciddi siqnal olmalıdır.
“Demirəm ki, müharibəyə başlamalıyıq, ancaq erməni tərəfinin təxribatlarına hazır olmlıyıq. Güman edirəm ki, hərbi-siyasi, diplomatik qurumlarımız bəyanatlar verməlidir.

Bilməliyik ki, Ermənistanın aldığı silahlar rusların köhnə silahları yox, müasir silahlardır. Fransanın anti-radar sistemləri Ermənistana gətirilib. Bu da onu deməyə əsas verir ki, hava hücumunda, PUA-ların uçuşunda çətinliklər yarada bilər. Azərbaycan tərəfi istər Fransa, istərsə də, Hindistandan alınan silahları düzgün qiymətləndirməli, onlara qarşı silahlanmamızda silahlar yoxdursa, yenilərini almalıyıq”, – deyə o bildirib.

Səxavət Məmməd

www.yenicag.az

480
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv