!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistanın son döyüşlərdə İran PUA-larından istifadə etməsinə dair məlumatlar var” – DAK rəsmisi

!Reklam – Yazi

“İran rəsmiləri dünyadan çəkinmədiklərini, yeganə qorxularının Azərbaycan olduğunu açıq dillə bildirirlər”.

Bu fikirləri Ermənistanın son hərbi təxribatına Azərbaycanın layiqli cavabının İranda doğurduğu reaksiyadan danışan Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Azərbaycanın son sərhəd döyüşlərində Ermənistanı növbəti dəfə yerində oturtması fars-molla rejiminin narahatlığını artırıb:

“Ermənistanın qarşısı alınmış təxribatından sonra İran rejiminin xidmətində olan media orqanları və rəsmi şəxslər, o cümlədən başqa kateqoriyadan olan fiqurların Azərbaycan əleyhinə çıxışlarının artdığı görünür.

İran mediası son döyüşlərdən sonra regionda yaranmış vəziyyətlə bağlı öz maraqlarından çıxış edərək çox sayda təhlil materialları dərc etməkdədirlər. Həmin təhlillərdə Azərbaycanın üstünə gedilir və Zəngəzur məsələsinin İran üçün “qırmızı xətt” olduğu önə çəkilir.

Bildirirlər ki, Tehran rejimi Azərbaycanın Zəngəzuru nəzərətə götürməsinə və İran-Ermənistan sərhədini aradan qaldırmasına imkan verməməlidir. Baxın İran Azərbaycan ərazilərinin otuz ilə yaxın erməni işğalında qalmasına səs çıxarmadı, amma indi Ermənistan sərhədlərinin toxunulmazlığından dəm vurur.

Son döyüşlərlə əlaqədar bir sıra məlumatlar yayılmaqdadır. Qeyd olunur ki, hazırda İranın bir sıra siyasi və hərbi müstəşarları Ermənistandadırlar. Hətta Ermənistanın son döyüşlərdə İran PUA-larından istifadə etməsinə dair məlumatlar da var, onlar hələ tam dəqiqləşdirilməyib. Eyni zamanda, İran Azərbaycanla sərhəddəki hərbi qüvvələrini də artırıb.

Bütün bunlar İranın narahatlığının, qorxusunun təzahürüdür. Təsəvvür edin, İran diplomatı Əbülfəz Zöhrəvənd açıq dillə deyir ki, biz dünyadan çəkinmirik, amma yeganə qorxumuz Azərbaycandır. Başa düşürlər ki, hər hansı ehtiyatsızlıq və ya açılacaq tək bir güllə Güney Azərbaycanı ayağa qaldıracaq, bu proses isə İranın dağılması ilə nəticələnəcək. Yəni İran rejiminin yaranmış vəziyyətə münasibəti budur”.

A.Zeynalov

www.yenicag.az

1695
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv