!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın “status” tələbi: “Azərbaycan heç bir formada həmin əraziyə…”

!Reklam – Yazi

“Azərbaycan heç bir formada həmin əraziyə status verməyəcək. Dağlıq Qarabağ Muxtar Vilayəti anlayışı SSRİ-nin oyunu idi”.

Bunu Ermənistanın Qarabağ üçün status tələbini şərh edən politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, öz dədə-baba yurdundan didərgin salınmış azərbaycanlıların da geri dönüşü təmin eidlməlidir:

“Həmin ərazidə azərbaycanlılar sıx yaşayıb. Bir zamanlar Göyçə ətrafı, Zəngəzur ərazilərində yaşayan azərbaycanlılara muxtariyyət versinlər. Azərbaycanlıları dədə-baba yurduna qaytarsınlar. Zəhmət çəkib didərgin düşmüş azərbaycanlıların status məsələsini həll etsinlər. Daha sonra onlarım status məsələsinə baxarıq.

Qarabağ ərazisi Azərbaycanın əzəli və əbədi torpağıdır. Azərbaycan heç bir formada həmin əraziyə status verməyəcək. Dağlıq Qarabağ Muxtar Vilayəti anlayışı SSRİ-nin oyunu idi. Bu qavram 90-cı illərin əvvəllərində Azərbaycan tərəfindən ləğv edildi. Azərbaycanın Qarabağ bölgəsi var. İstəyənlər Azərbaycanın tərkibində yaşaya bilər. Azərbaycan vətəndaşlara heç vaxt hər hansı formada qadağa qoymayıb. Qəbul edəcəklərsə, torpağımızda yaşayacaqlar, qəbul etməyəcəklərsə, özləri bilər.

XX əsrdə Ermənistandan qovulan azərbaycanlıların sayı təqribən 1 milyona yaxındır. Ona görə də həmin insanların yurduna qaytarılması prosesini Ermənistan həyata keçirməlidir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

241
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv